26 avqust 2011 01:22
Fenerbahçenin son ümidi də öldü
UEFA Çempionlar Liqasından kənarlaşdırılan Türkiyənin “Fenerbahçe” klubu çıxarılan qərarla bağlı apelyasiya şikayəti vermişdi. Azerisport.az xəbər verir ki, klub rəhbərliyinin Türkiyə Futbol Federasiyasının Apelyasiya Komitəsinə müraciəti müsbət cavablanmayıb.
Sözügedən qurum İstanbul klubunun etirazını ləğv edərək, TFF-nin İdarə Heyətinin qərarını qüvvədə saxlayıb. Apelyasiya Komitəsi TFF-nin UEFA-nın tələbinə uyğun qərar qəbul etdiyini, ali futbol qrumlarının - UEFA və FİFA-nın qaydalarına uyğun addım atdığını bildirib.
Qeyd edək ki, TFF avqustun 24-də “Fenerbahçe”nin yox, “Trabzonspor”un ÇL-ə gedəcəyi ilə bağlı qərar verib.
