26 avqust 2011 17:02
Avroliqanın püşkü atıldı, Beşiktaş XL-ın qənimi ilə düşdü (YENİLƏNİB)
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürüb.
Qeyd edək ki, Avroliqanın qrup mərhələsində 48 komanda iştirak edir. Onlardan 10-u UEFA Çempionlar Liqasının pley-off mərhələsində məğlub olaraq Avropa Liqasına vəsiqə qazanan klublardı: Wisla (Polşa), Maccabi (Hayfa, İsrail), Malmö (İsveç), Odense (Danimarka), Zürich (İsveçrə), Rubin (Rusiya), Copenhagen (Danimarka), Sturm (Avstriya), Twente (Hollandiya), Udinese (İtaliya). Qalan 38 komanda isə Avroliqanın təsnifat mərhələsini uğurla tamamlayan kollektivlərdi.
Qeyd edək ki, iştirakçılar püşkatma ərəfəsində artıq səbətlərə bölünmüşdülər. UEFA iştirakçı klubları reytinqlərinə görə 4 səbətə ayırmışdı. Püşk zamanı bu səbətlərin hərəsindən bir komanda olmaqla 12 qrup formalaşdı.
1-ci səbət: Tottenham (İngiltərə), PSV (Hollandiya), Atletico (İspaniya), Sporting (Portuqaliya), Braga (Portuqaliya), Schalke (Almaniya), Dinamo (Kiyev, Ukrayna), PSG (Fransa), Copenhagen (Danimarka), AZ Alkmaar (Hollandiya), Anderlecht (Belçika), Twente (Hollandiya).
2-ci səbət: Fulham (İngiltərə), Beşiktaş (Türkiyə), Hapoel (Təl-Əviv, İsrail), Metallist (Xarkov, Ukrayna), Standard (Belçika), Rubin (Rusiya), Brugge (Belçika), AEK (Yunanıstan), Steaua (Rumıniya), Udinese (İtaliya), Athletic (İspaniya), Lazio (İtaliya).
3-cü səbət: Salzburg (Avstriya), Maccabi (Hayfa, İsrail), Zürich (İsveçrə), Odense (Danimarka), Lokomotiv (Moskva, Rusiya), PAOK (Yunanıstan), Stoke City (İngiltərə), Birmingham (İngiltərə), Rennes (Fransa), Austria (Avstriya), Rapid (Rumıniya), Hannover (Almaniya).
4-cü səbət: Vorskla (Ukrayna), Wisla (Polşa), Vaslui (Rumıniya), Sion (İsveçrə), Sturm Graz (Avstriya), Maccabi (Təl-Əviv, İsrail), Slovan (Slovakiya), Legia (Polşa), Maribor (Sloveniya), AEK (Kipr), Malmö (İsveç), Shamrock Rovers (Şimali İrlandiya).
Püşk nəticəsində komandalar aşağıdakı qruplara bölünüblər:
A qrupu
Tottenham
Rubin
PAOK
Shamrock Rovers
B qrupu
Copenhagen
Standard
Hannover
Vorskla
C qrupu
PSV
Hapoel (Təl-Əviv)
Rapid
Legia
D qrupu
Sporting
Lazio
Zürich
Vaslui
E qrupu
Dinamo (Kiyev)
Beşiktaş
Stoke City
Maccabi (Təl-Əviv)
F qrupu
PSG
Athletic
Salzburg
Slovan
G qrupu
AZ Alkmaar
Metallist
Austria
Malmö
H qrupu
Braga
Brugge
Birmingham
Maribor
I qrupu
Atletico
Udinese
Rennes
Sion
J qrupu
Schalke
Steaua
Maccabi (Hayfa)
AEK (Kipr)
K qrupu
Twente
Fulham
Odense
Wisla
L qrupu
Anderlecht
AEK (Yunanıstan)
Lokomotiv (Moskva)
Sturm
