26 avqust 2011 16:09
Simurq litvalı hücumçu ilə gücləndi (FOTO)
Zaqatalanın "Simurq" klubu yay transfer dövründə daha bir futbolçu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, litvalı hücumçu Robertas Poşkus növbəti mövsümü icarə əsasında "Simurq"un heyətində keçirəcək.
32 yaşlı Poşkus yeni klubunda 11 nömrəli forma ilə çıxış edəcək. Qeyd edək ki, Poşkus müqavilə ilə “İnter”ə məxsus olsa da, baş məşqçi Kaxaber Tsxadadze onun xidmətində maraqlı deyildi.
