26 avqust 2011 16:42
Uinston Parks Bakıdan ayrılır
"Bakı”nın kosta-rikalı hücumçusu Uinston Parks ölkəsinin millisinə dəvət alıb. Azerisport.az xəbər verir ki, onun yığmaya dəvəti ilə bağlı Kosta-Rika Futbol Federasiyasından paytaxt klubuna məktub daxil olub.
Qeyd edək ki, Parks uzun müddət idi ki, yığmadan kənarda qalmışdı. Ancaq görünür Kosta-Rika millisinin məşqçiləri 30 yaşlı hücumçunun ötən mövsüm Premyer Liqadakı çıxışını bəyəniblər.
Parks avqustun sonunda yığmanın düşərgəsində olmalıdı. Ona görə də “zolaqlılar”ın forvardı “Kəpəz”lə oyundan sonra Azərbaycanı tərk edəcək.
