26 avqust 2011 17:14
Neftçi AZAL-ın stadionunda məşq edəcək
"Neftçi" Premyer Liqanın 4-cü turunun AZAL ilə oyununa hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri bu gün oyunöncəsi son məşqinə çıxacaqlar.
Flaqman qarşılaşmanın keçiriləcəyi AZAL stadionunda hazırlıq keçəcək. Məşq prosesi saat 19:00-da start götürəcək.
Qeyd edək ki, avqustun 27-də keçiriləcək AZAL - "Neftçi" oyunu saat 19:00-da başlanacaq.
