26 avqust 2011 17:21
Qarabağ Quzanlıda Qəbələni yenə bilmir
“Qarabağ” sabah Premyer Liqanın 4-cü turunda “Qəbələ”ylə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, cari mövsümdə yüksək yerlərə iddialı komandaların görüşü maraq doğurur.
Quzanlıda baş tutacaq görüş tərəflərin sayca 13-cü dueli olacaq. İlk dəfə tərəflər 2006/07 mövsümündə qarşılaşıblar. “Qarabağ” səfər meydanında baş tutan ilk görüşdə 2:0 hesabıyla qalib gəlib. Suraxanıda baş tutan cavab qarşılşamasında isə yenə bu komanda 3:2 hesablı qələbəyə sevinib.
Ümumiyyətlə, Ağdam təmsilçisi Qəbələnin eyni adlı komandasıyla keçirdiyi ilk 5 qarşılaşmanın hamısında qələbə qazanıb. “Qəbələ” ilk dəfə ağdamlılardan 2008/2009 mövsümünün 2-ci yarısında Suraxanıda baş tutan görüşdə xal alıb - 0:0. Sonradan “Qəbələ” məğlubiyyətsiz seriya yaxalasa da, ötən mövsümdə baş tutan sonuncu dueldə “Qarabağ” rəqibini 3:0 hesabıyla darmadağın edib.
Ümumilikdə, indiyə kimi keçirilən qarşılaşmaların tən yarısında ağdamlılar qələbə qazanıb. 3 dəfə “Qəbələ” qələbə qazanıbsa, 3 oyunda da tərəflər hərəyə 1 xal qazanıb. Topların fərqində də Ağdam klubu öndədi – 18-13. “Qarabağ” “Qəbələ”yə heç vaxt evdə məğlub olmayıb.
Sabahkı görüş Quzanlıda “Qəbələ”ylə 3-cü görüş olacaq. Baş digər 2 görüşdə heç-heçə qeydə alınıb. 2009-2010 mövsümün təsnifat mərhələsində 0:0, həlledici mərhələdə isə 1:1 hesabı qeydə alınıb.
“Qarabağ”ın mətbuat xidməti
