26 avqust 2011 17:30
A Seriyası da tətilə qurban getdi
İspaniyanın ardınca İtaliyada A Seriyasının da başlamasında problem yaranıb. Azerisport.az xəbər verir ki, çempionatın startı təhlükə altına düşüb.
Buna səbəb İtaliya Futbolçular Birliyi və İtaliya Futbol Federasiyası arasındakı danışıqların müsbət nəticə verməməsi olub. Futbolçular Birliyi klub rəhbərliyindən maaşların vaxtında ödənilməsini tələb edir. Federasiya rəsmiləri ilə görüşdən sonra İFB futbolçuların meydana çıxmayacaqlarını elan edib.
Qeyd edək ki, A Seriyasında mübarizə sabah başlamalı idi. Eyni böhran İspaniyada da hökm sürür.
