26 avqust 2011 17:43
İnterin Gürcüstandakı rəqibləri müəyyənləşdi
Xəbər verdiyimiz kimi, "İnter" hazırda Gürcüstanda təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, bu gün səhər komanda növbəti məşqinə çıxıb.
Artıq toplanış çərçivəsində "İnter"in keçirəcəyi yoldaşlıq oyunlarında rəqiblərinin adları da məlum olub. Belə ki, avqustun 31-də “bankirlər” Gürcüstanın güclülər dəstəsində mübarizə aparan "Dila" (Qori) komandasıyla üz-üzə gələcək.
Sentyabrın 3-də isə "İnter" yerli "WİT Georgia" klubuyla qarşılaşacaq. Bu komanda da yüksək divizionda çıxış edir. Görüşlərin başlanma vaxtı barədə əlavə məlumat veriləcək.
