27 avqust 2011 01:38

UEFA Superkuboku da Barcelonaya qismət oldu (YENİLƏNİB)

Bu gün Avropa Superkubokunun qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, həlledici oyunda UEFA Çempionlar Liqasının son qalibi “Barcelona” Avropa Liqasının baş mükafatına sahib çıxan “Porto” ilə münasibətlərinə aydınlıq gətirib.
 
Sayca 37-ci UEFA Superkubokunun qalibi Monakoda müəyyənləşib. “2 Luis” stadionunda baş tutan qarşılaşmanın maraqlı keçəcəyi öncədən də şübhə doğurmurdu. Qarşılaşmaya daha fəal başlayan ispanlar 39-cu dəqiqədə Messinin sayəsində hesabı açıblar. 86-cı dəqiqədə Rolando məhz Messiyə qarşı kobudluğa görə komandasını azlıqda qoyub. Bundan istifadə edən "Barsa" 2 dəqiqə sonra Fabreqasla daha bir qol vuraraq yekun nəticəni müəyyənləşdirib - 2:0. "Porto"da isə Quarin son saniyələrdə komandasının heyətində ikinci qırmızı vərəqə alan futbolçu olub.

Qeyd edək ki, UEFA Superkubokunu muzeyinə ən çox aparan klub İtaliyanın “Milan” klubudu. Düz 5 dəfə bu sevinci yaşayan “Milan” 1989-da “Barcelona”nı, 1990-da “Sampdoria”nı (İtaliya), 1994-də “Arsenal”ı (İngiltərə), 2003-də “Porto”nu (Portuqaliya), 2007-də isə “Sevilla”nı (İspaniya) keçərək kuboku başı üzərinə qaldırmışdı. 1973-cü ilin “Ajax” (Hollandiya), 1993-cü ilin “Parma” (İtaliya) ilə Superkubok mübarizəsi isə milanlılar üçün uğursuz alınıb.
 
Bütövlükdə isə, kuboku əvvəlki 36 il ərzində 11 ayrı ölkədən, 23 fərqli komanda qazana bilib. “Milan”dan sonra “Barcelona”, “Ajax” və “Liverpool” (İngiltərə) 3 dəfə eyni uğura sahib çıxan əsas liderlərdən idi. Lakin İspaniya klubu ötən gün “Milan”la aradakı kubok fərqini minimum endirə bildi. Artıq "Barsa" Superkubok qazanan komandaların sıralamasında ikinci sıradadı.
 
Bundan əlavə “Anderlecht” (Belçika), “Juventus” (İtaliya) və “Valencia” (İspaniya) 2 dəfə, “Aberdeen” (Şotlandiya), “Aston Villa” (İngiltərə), “Chelsea” (İngiltərə), “Dinamo” (Kiyev, Ukrayna), “Galatasaray” (Türkiyə), “Lazio” (İtaliya), “Manchester United” (İngiltərə), “Mechelen” (Belçika), “Nottingham Forest” (İngiltərə), “Parma” (İtaliya), “Porto” (Portuqaliya), “Real” (İspaniya) “Steaua” (Rumıniya), “Sevilla” (İspaniya), “Zenit” (Rusiya) və “Atletico” (İspaniya) da 1 dəfə Superkuboku muzeyinə apara bilib.
 
UEFA Superkuboku
26 avqust
 
Barcelona – Porto - 2:0 (1:0)
Qol: Messi, 39, Fabreqas, 88.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.