26 avqust 2011 18:02
AFFA Tofiq Fətullayevi təbrik etdi
Uzun illər futbol sahəsində müxtəlif vəzifələrdə çalışmış, hazırda AFFA-nın İntizam Komitəsinin sədri kimi fəaliyyətini davam etdirən Tofiq Fətullayevin bu gün 75 yaşı tamam olur. Azerisport.az xəbər verir ki, əlamətdar yubileyi münasibətilə AFFA-ya dəvət olunan Tofiq Fətullayevi assosiasiya rəhbərliyi təbrik edib, futbol ictimaiyyəti adından ona cansağlığı, uzun ömür arzulayıb.
