26 avqust 2011 18:12
Millinin Qazaxıstanla oyunu danimarkalı hakimə tapşırıldı
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Qazaxıstan oyununu idarə edəcək hakimlər açıqlanıb. Azerisport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı idarə etmək üçün Danimarkadan olan hakimlər briqadasını ölkəmizə göndərir.
Belə ki, görüşün baş hakimi Anders Hermansen olacaq. Ona həmyerliləri kömək edəcəyi halda, hakim-inspektor funksiyasını Hollandiyadan olan mütəxəssis yerinə yetirəcək. UEFA nümayəndəsi isə Bosniya və Herseqovinadandı.
Qeyd edək ki, Azərbaycan – Qazaxıstan oyunu sentyabrın 6-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Baş hakim: Anders Hermansen
Baş hakimin köməkçiləri: Martin Vulf, Anders Norrestrand
Dördüncü hakim: Kenn Pii Hansen
(Hakimlər briqadası Danimarkadandır)
Hakim-inspektor: Marinus Koopman (Hollandiya)
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)
