26 avqust 2011 18:33
AFFA-dan növbəti stadion (FOTOREPORTAJ)
Ölkəmizdə futbolun kütləviliyinin təmin olunması, uşaq, yeniyetmə və gənclərin futbolla məşğul olmasına daha yaxşı şərait yaradılması məqsədilə AFFA prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən, respublikanın müxtəlif bölgələrində süni örtüklü meydançalar quraşdırılaraq təmənnasız şəkildə uşaqların ixtiyarına verilir. Azerisport.az xəbər verir ki, bu layihə çərçivəsində AFFA tərəfindən belə meydançalardan biri də Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəçi 46 ünvanında quraşdırılıb.
Foto: AFFA
