26 avqust 2011 18:40
Türkiyə millisinin heyəti açıqlandı
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Türkiyə yığmasının qarşıdakı oyunlar üçün heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, hollandiyalı baş məşqçi Qus Hiddink 24 futbolçuya dəvət göndərib.
Heyətə “Galatasaray”dan 7, “Fenerbahçe”dən 5, “Beşiktaş” və “Trabzonspor”dan da 2 futbolçu çağırılıb. Onların siyahısı ilə aşağıda tanış ola bilərsiz. Xatırladaq ki, Türkiyə millisi sentyabrın 2-də seçmə mərhələ çərçivəsində Qazaxıstan, 6-da isə Avstriya ilə qarşılaşacaq.
Sabri Sarıoğlu, Gökhan Zan, Servet Çetin, Hakan Kadir Balta, Çağlar Birinci, Selçuk İnan, Kazım Kazım (hamısı “Galatasaray2), Volkan Demirel, Gökhan Gönül, Serdar Kesimal, Selçuk Şahin, Emre Belözoğlu (hamısı “Fenerbahçe”), Egemen Korkmaz, İsmail Köybaşı (Beşiktaş), Tolga Zengin, Burak Yılmaz (hər ikisi “Trabzonspor”), Sinan Bolat (Standard, Belçika), Mehmet Ekici (Werder, Almaniya), Tunay Torun (Hertha, Almaniya), Mehmet Topal (Valencia, İspaniya), Arda Turan (Atletico, İspaniya), Gökhan Töre (Hamburg, Almaniya), Cenk Tosun (Gaziantepspor), Umut Bulut (Toulouse, Fransa).
