26 avqust 2011 18:52
Aleksandr Srarkovdan daha bir “azərbaycanlı”ya dəvət
Aleksandr Starkov "Qəbələ"nin qapıçısını yığmaya dəvət edib. Azerisport.az xəbər verir ki, "Bakı"ya da rəhbərlik edən latviyalı mütəxəssis Pavel Doroşevi Gürcüstan və Yunanıstanla oyunlara çağırıb.
Qeyd edək ki, Starkov Doroşevlə yanaşı, "Bakı"dan Denis İvanov və Maris Verpakovskini də yığmaya çağırıb. Lakin o, “Simurq”dan Andrey Rubinlə “İnter”in hücumçusu Girt Karlsona ehtiyac duymayıb.
Latviya millisi AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Gürcüstanın qonağı olacaqsa, ayın 6-da da Yunanıstanı qəbul edəcək.
