26 avqust 2011 19:19
Bakının daha bir futbolçusu yığmaya dəvət olundu
Litva yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Raymundas Jutautas AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Lixtenşteyn, 6-da Şotlandiya ilə keçiriləcək oyunlara 23 futbolçu çağırıb.
Jutautas Azərbaycan Premyer Liqasını da yaddan çıxartmayıb. Baş məşqçi "Bakı"nın müdafiəçisi Deyvidas Çesnauskini qarşıdakı oyunlara dəvət edib.
Baş məşqçi "İnter"dən "Simurq"a keçən Robertas Poşkusa dəvət göndərməyib.
