26 avqust 2011 19:47
Foqts və köməkçiləri Premyer Liqanın oyunlarını izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində keçiriləcək 2 oyunu izləyəcək. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis öncə sabah saat 19:00-da start götürəcək AZAL – “Neftçi” oyununu izləyəcək.
Millimizin çalışdırıcısı bu oyundan çıxdıqdan sonra həmçinin “Rəvan” – “Xəzər Lənkəran” qarşılaşmasının ikinci hissəsinə baxacaq. Lakin millimizin qapıçılar üzrə məşqçisi Uli Ştayn 20:00-da start götürəcək bu oyunu bütövlükdə izləyəcək.
Millinin baş məşqçisinin köməkçisi Olaf Yansen və qapıçılar üzrə məşqçi Faiq Əzizov isə “Qarabağ” – “Qəbələ” matçını izləmək üçün Quzanlıya gedəcəklər.
