26 avqust 2011 19:55
Kəpəz Bakı ilə oyuna aparıcı futbolçusunun yoxluğunda çıxa bilər
“Kəpəz” Premyer Liqanın 4-cü turunun “Bakı” ilə səfər matçına ciddi itki ilə çıxa bilər. Azerisport.az xəbər verir ki, Mehman Allahverdiyevin komandası bu oyuna aparıcı oyunçusu Ceyhun Sultanovsuz çıxmaq təhlükəsi ilə üzləşib.
Buna səbəb futbolçunun zəhərlənməsidi. Düzdü, hazırda o, özünü yaxşı hiss edir. Amma onun hələ də “Bakı” ilə oyunda iştirak edib-etməyəcəyi dəqiq bilinmir. Qeyri-müəyyənliyə oyun günü aydınlıq gələcəyi bildirilir.
Maraq üçün bildirək ki, Sultanovla müqayisədə artıq müdafiəçi Muammer Erdoğdu və qapıçı Elşən Poladovun zədəli olduqlarından “Bakı” ilə qarşılaşmada meydana çıxa bilməyəcəkləri dəqiqdi.
