27 avqust 2011 00:01

XL, Qarabağ və Neftçi yüzdə-yüz ümidində

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura start veriləcək. Azerisport.az xəbər verir ki, turun ilk oyun günü dörd, ikinci oyun günündə isə bir qarşılaşma baş tutacaq.
 
Turlar arxada qaldıqca güclülər və zəiflər arasındakı fərq də böyüyür. Geridə qalan üç turda yalnız “Xəzər Lənkəran”, “Neftçi” və “Qarabağ” komandaları keçirdikləri bütün oyunlarda qalib gəliblər. Xatırladak ki, Premyer Liqanın ilk turunda “Neftçi” və “Qarabağ” klubları arasındakı qarşılaşma “Qarabağ”ın Avroliqada çıxış etməsinə görə təxirə salınmışdı. Hazırda bu iki klub rəqibləri ilə müqayisədə bir oyun az keçirib. Turnir cədvəlinin zirvəsində isə “Xəzər Lənkəran” vahid liderdi.
 
“Ağ-yaşıllar” 4-cü turda Bakıda “Rəvan”ın qonağı olacaqlar. Bu oyunda da “Xəzər Lənkəran” turnir cədvəlindəki təkhakimiyyətliliyini qoruyub saxlamağa çalışacaq. Ötən tur “Simurq”la səfər oyununda Premyer Liqada ilk xalını qazanan “Rəvan”ın “Xəzər Lənkəran”dan xal alması bir qədər çətin görünür. “Rəvan”ın hücum xəttində əsas “silahı” hesab olunan Con Pelu zədəli olduğundan Lənkərandakı qarşılaşmada meydana çıxmayacaq. Qeyd edək ki, debütant “Rəvan” heyətini yeni futbolçular - yarımmüdafiəçilər Anar Qasımov və Şarapudin Şalbuzov, həmçinin hücumçu Ceyhun Abdullayev ilə gücləndirib. “Xəzər Lənkəran” isə portuqaliyalı hücumçu Antonio Semedonu heyətinə qatıb.  Üç oyuna rəqib qapılarına 8 dəfə yol tapan lənkəranlı hücumçuların formada olduğunu söyləmək olar. Qollardan üçünü Emeka Opara, ikisini isə ötən tur “Xəzər lənkəran”ın heyətində ilk oyununa çıxan Branimir Subaşiç vurub.  
 
Turun ən maraqlı qarşılaşmalarından biri Ağdamın Quzanlı qəsəbəsində keçiriləcək - “Qarabağ” doğma meydanda “Qəbələ”ni qəbul edəcək. Hər iki komandanın hədəflərinin böyük olması bu qarşılaşmanın önəmini bir qədər də artırır. “Qarabağ”ın heyətində bu oyunda Zaur Həşimov, Vüqar Nadirov, Emin İmaməliyev və Nderim Nedzipi, “Qəbələ”nin heyətində isə ötən tur AZAL ilə qarşılaşmada qırmızı vərəqə alan Mahir Şükürov meydana çıxa bilməyəcək.
 
AZAL stadionunda saat 19:00-da başlayacaq matçda iki paytaxt klubu – AZAL və “Neftçi” qarşılaşacaq. Premyer Liqada itkisiz irəliləyən “Neftçi” bu tur da qalib gəlməyə çalışacaq. Lakin bu oyun “flaqman” üçün heç də asan keçməyəcək. Ötən mövsüm Premyer Liqanın iddialı klubları ilə qarşılaşmalarda xoş təsir bağışlayan “təyyarəçilər” bu mövsüm də öz iddialarını ortaya qoyurlar.
 
Tofiq Bəhrəmov adına Respublika stadionunda “Bakı” - “Kəpəz” qarşılaşması baş tutacaq. “İnter” ilə səfər oyunundan sonra paytaxt təmsilçisi aktivinə ilk qələbəni yazdı. Belə ki, oyun başa çatmadan stadionu tərk etdiklərinə görə “İnter”ə texniki məğlubiyyət verildi. “Bakı” bu mövsüm Premyer Liqanın heç bir oyununda qol vurmayan yeganə komandadı. Komandanın heyətində “vuran ayağın” olmaması açıq şəkildə özünü göstərir. “Simurq” ilə 0:0 başa çatan oyunda Denis İvanov, ötən tur “İnter”lə qarşılaşmada isə Aleksandr Şoliç 11 metrlik zərbəni qola çevirə bilməmişdilər. “Kəpəz”in və çempionatın bombardirlərindən olan Ceyhun Sultanov mövsümün ilk oyununda gəncəlilərə qələbə qazandırsa da, komandası bu uğurun davamını gətirə bilmədi. Uğursuzluq seriyasını dayandırmaq üçün “Kəpəz” Bakıdan xal ilə dönməyə çalışacaq. “Kəpəz”in heyətində müdafiəçi Muammer Erdoğdu və qapıçı Elşən Poladov zədəli olduqlarından “Bakı” ilə qarşılaşmada meydana çıxa bilməyəcəklər.
 
Öz meydanında keçirdiyi qarşılaşmalarda inamlı təsir bağışlayan “Turan” “Simurq”u qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma avqustun 28-i saat 17:30-da start götürəcək. “Qərb derbisi”ndə qalib gələrək azarkeşlərini sevindirən “Turan” “Xəzər Lənkəran”la səfər qarşılaşmasında bu uğurun ardını gətirə bilmədi. “Xəzər Lənkəran”a 1:3 hesabı ilə məğlub olan “Turan” doğma meydanda “Simurq” üzərində qələbə qazanaraq ötən turdakı uğursuzluğu azarkeşlərinə unutdurmağa çalışacaq.
 
Qeyd edək ki, bu turun “İnter” – “Sumqayıt Şəhər” oyunu Sumqayıt təmsilçisinin bir neçə futbolçusunun müxtəlif yığmalara dəvət alması səbəbindən təxirə salınıb. “İnter” isə bu fasilədən yararlanaraq qonşu Gürcüstana təlim-məşq toplanışına yollanıb.

Premyer Liqa
4-cü tur
27 avqust (şənbə)

Qarabağ - Qəbələ
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Elşən Acalov, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
Quzanlı. Olimpiya İdman Kompleksinin stadionu. Saat 17:30.
 
Bakı - Kəpəz
Hakimlər: Elçin Məmmədov, Ramiz Əsədov, İsgəndər Əliyev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Qurban Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00.
 
AZAL - Neftçi
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Rza Məmmədov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Bakı. AZAL stadionu. Saat 19:00.
 
Rəvan - Xəzər Lənkəran
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Munis Abdullayev, Hacıəli Əliyev.
AFFA nümayəndəsi: Ramiz Əliyev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. "Dalğa Arena" stadionu. Saat 20:00.
 
28 avqust (bazar)
 
Turan - Simurq
Hakimlər: Anar Salmanov, Yaşaq Abbasov, Knyaz Əmiraslanov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Səfər Haşımov.
Tovuz. Şəhər stadionu. Saat 17:30.
 
 
1
Xəzər Lənkəran
3
3
0
0
8-2
9
2
Neftçi
2
2
0
0
5-0
6
3
Qarabağ
2
2
0
0
3-1
6
4
Bakı
3
1
2
0
3-0
5
5
Qəbələ
3
1
2
0
3-2
5
6
AZAL
3
1
1
1
4-4
4
7
Turan
3
1
0
2
4-5
3
8
Kəpəz
3
1
0
2
5-7
3
9
İnter
3
1
0
2
1-4
3
10
Simurq
3
0
2
1
1-4
2
11
Rəvan
3
0
1
2
3-5
1
12
Sumqayıt Şəhər
3
0
0
3
2-8
0
 
Bombardirlər:
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi).
2 - Rauf Əliyev (Qarabağ), Sergey Artyux (Turan), Zohair Benouahi (AZAL), Branimir Subaşiç (Xəzər Lənkəran).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.