27 avqust 2011 21:53

XL xal itirdi, Neftçi, Qarabağ və Bakı uduzdu (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Öncə Quzanlı Olimpiya İdman Kompleksinin stadionunda “Qarabağ” “Qəbələ”ni qəbul edib və məğlub olub. “Bakı” mərkəzi arenada “Kəpəz”i məğlub etməyə çalışsa da, özü uduzub. “Xəzər Lənkəran” “Dalğa Arena”da “Rəvan”la qarşılaşıb və xal itirib. Son çempion “Neftçi” isə səfərdə AZAL-a məğlub olub.
 
Qeyd edək ki, bu turun “İnter” – “Sumqayıt Şəhər” oyunu Sumqayıt təmsilçisinin bir neçə futbolçusunun müxtəlif yığmalara dəvət alması səbəbindən təxirə salınıb. Turun qalan 1 oyunu isə sabah baş tutacaq: “Turan” – “Simurq”.

Premyer Liqa
4-cü tur
27 avqust (şənbə)
 
RƏVAN - XƏZƏR LƏNKƏRAN - 1:1 (1:0)
Qol: R.Klaudiney, 35 (1:0), K.Doman, 53 (1:1)
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Munis Abdullayev, Hacıəli Əliyev.
Bakı. "Dalğa Arena" stadionu.
 
Oyun başladı
Komandalar oyuna sürətli hücumlarla başlasalar da, hələlik qol vəziyyəti yoxdu
Meydan sahibləri hələ ki, daha fəaldılar
7. "Rəvan" cərimə zərbəsi yerinə yetirsə də, bu, qol gətirmir
12. XL künc zərbəsindən fərqlənmək istəsə də, müdafiəçilər sayıq oynayırlar
18. "Rəvan" qonaqları təzyiqdə saxlamaqda davam edir
19. Subaşiçin zərbəsini qapıçı Kotenko dəf edə bilir
25. Hələ ki, tərəflər qapılar qarşısında real qol vəziyyəti yarada bilmirlər
29. Elvin Beqirinin zərbəsini Kotenko dəf edir
33. Andrey Mureşan matçda sarı vərəqə alan ilk futbolçu olur
35. "Rəvan"ın əla hücumunu Reys Klaudiney dəqiq zərbə ilə başa çatdırır - 1:0
44. XL cərimə zərbəsindən fərqlənməyə yaxın olsa da, istəyinə çata bilmir
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Fasilədən dərhal sonra Con Pelu sarı vərəqə ilə cəzalanır
50. "Rəvan" fasilədən sonra da fəallığını davam etdirir
53. Katalin Doman qapı qarşısına ötürülən topu başla tora qovuşdurur - 1:1
54. Antonio Semedo sarı vərəqə alır
57. Reys Klaudiney və Rikardo Qomes sarı vərəqə ilə cəzalanır
61. Deyan Rusiç Emeka Opara ilə əvəzlənir
64. XL qoldan sonra daha fəal görünür
66. Subaşiç əlverişli vəziyyətdə qol vura bilmir
74. Domanın təhlükəli zərbəsi dəqiq alınmı
75. "Rəvan" yenidən önə keçməy çalışır
78. Mario Rosas Domanın əvəzində meydana çıxır
80. Anxel Qutyerresin əvəzində meydana Sergey Çernışev çıxır
83. Samuel Barlay yerini Kristian Torresə verir
88. Komandalar qələbə qolunu vurmağa çalışsa da, qapılar qarşısında real təhlükə yaranmır
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+1. Con Pelunu Amid Hüseynov əvəzləyir
Matç başa çatdı
 
 
AZAL - NEFTÇİ - 3:1 (1:0)
Qollar: Elşən Məmmədov, 42 (1:0), Ervin Bulku, 55 (2:0), Slavço Georgiyevski, 57 (2:1), Elşən Məmmədov, 71 (3:1)
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Rza Məmmədov, Əliyar Ağayev.
Bakı. AZAL stadionu.
 
Oyun başladı
Hər iki komanda ilk dəqiqələrdən fəal təsir bağışlayır
Qarşılaşmada ilk təhlükəni qonaqlar yaradırlar. M.Seyidovun zərbəsini qapıçı tutur
B.Nasimov qol vurmaq şansını dəyərləndirə bilmir
Həsənzadə Denis Silvanın zərbəsini tuta bilir
AZAL-ın yeni hücumçusu - braziliyalı Şutzun zərbəsi qapıdan aralı keçir
Tərlan Xəlilov Saşa Stamenkoviçi məyus etməyə yaxın olsa da, istəyinə çata bilmir
Ruslan Əmircanov matçda sarı vərəqə alan ilk futbolçu olur
AZAL inamlı təsir bağışlasa da, istəyinə çata bilmir
Benuahi sarı vərəqə alır
42. AZAL-ın fəallığı nəhayət ki, bəhrəsini verir - Elşən Məmmədov hesabı açır - 1:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Şutz demək olar ki, boş qapıya düşə bilmir
55. Ervin Bulku qonaqları ikinci dəfə məyus edir - 2:0
57. Slavço Georgiyevski hesab arasındakı fərqi azaldır - 2:1
Elşən Məmmədovun təhlükəli zərbəsi dəqiq alınmır
Ruslan Abışov sarı vərəqə ilə cəzalanır
"Neftçi" təzyiqi artırsa da, istəyinə çata bilmir
AZAL-ın heyətində daha bir yeni hücumçu - Boqyu meydana çıxır
"Neftçi"də iki əvəzləmə: Alessandro və İmamverdiyev müvafiq olaraq Quliyev və Seyidovu əvəzləyir
71. Elşən Məmmədov özünün ikinci, komandasının üçüncü qolunu vurur - 3:1
Həsənzadə sarı vərəqə alır
"Neftçi"də son əvəzləmə: Abdullayevi Hüseynov əvəzləyir
AZAL-da Benuahini Limani əvəzləyir
Nasimov cərimə meydançasında yerdə qalsa da, hakim penalti təyin etmir
Bulku az qala komandasının dördüncü, özünün ikinci qolunu vuracaqdı. Stamenkoviç əla oynayır
Stamenkoviç Məmmədovun daha bir qol vurmasına mane olur
Matç başa çatdı
 
 
BAKI - KƏPƏZ - 0:3 (0:3)
Qollar: S.Allahquliyev, 23 (0:1), Y.Fomenko, 27 (0:2), Y.Fomenko, 40 (0:3).
Hakimlər: Elçin Məmmədov, Ramiz Əsədov, İsgəndər Əliyev, Rəhim Həsənov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Oyun başladı
"Bakı" hələ ki, istədiyi hücumları qura bilmir
7. "Kəpəz"in yerinə yetirdiyi cərimə zərbəsini Marko Şarliya zərərsizləşdirir
10. Qonaqlar heç də müdafiəyə üstünlük vermirlər və onlar da hücumlar qurmağa çalışırlar
12. Maris Verpakovski hesabı açmaq şansını əldən verir
16. "Bakı"nı cərimə zərbəsindən fərqlənmək istəyi baş tutmur
18. "Kəpəz" rəqibindən qətiyyən çəkinmir və hücumlara hücumla cavab verir
"Kəpəz"in təziyəqləri nəhayət ki, bəhrəsini verir
23. Cərimə zərbəsi zamanı C.Sultanovun ötürməsinə dəqiq baş zərbəsi endirən Sabir Allahquliyev "Bakı"nı şoka salır - 0:1
26. "Bakı" da cərimə zərbəsi vurmaq hüququ qazanmasına rəğmən, bundan yararlana bilmir
27. "Kəpəz" Yuri Fomenko ilə növbəti qola sevinir - 0:2
32. "Bakı"nın hesab arasındakı fərqi azaltmaq istəyinə son anda qapıçı K.Kolesnikov mane olur
34. "Bakı"nın təhlükəli hücumu zamanı U.Parks qol vurmaq şansını əldən verir
36. "Kəpəz" "zolaqlılar"a qol vurmaq üçün demək olar ki, şans vermir və təhlükəli əks-hücumlar qurur
40. Qonaqların növbəti təhlükəli əks-hücumu zamanı bakılılar topu kornerə çıxarırlar
40. Korner zamanı Sultanovun ötürməsinə toxunan Junivan Suares Şarliyanı çaşdırır. Nəticədə qapıçının kobud səhvindən yararlanan Fomenko topu tora qovuşdurur - 0:3
44. "Bakı" sanki məğlubiyyətlə barışıb və heç nə edə bilmir
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Starkov fasilədən sonra Vadim Boretslə Nurlan Novruzovu döyüşə atır
58. Verpakovski yerini Aleksandr Soliçə verir
60. "Bakı" fasilədən sonra fəal görünür
60. Yenə əks-hücumlara əl atan "Kəpəz"də Allahquliyev dubl etməyə yaxın olsa da, son anda topa çata bilmir
61. İbrahim Karqbo sarı vərəqə alır
62. Fomenkonun zərbəsi qapıdan azca aralı keçir
63. "Bakı"nın təhlükəli qol vəziyyəti bəhrəsiz qalır
67. Novruzov qol vursa da, öncə ofsayd qeydə alınır
68. Renat Sultanov yerini Vasif Haqverdiyevə verir
72. "Kəpəz"in qapıçısı kobud səhvə yol versə də, Savinov bundan yararlana bilmir
76. J.Suares yerini Anton Qaya verir
77. Sabirin yenə qol vurmaq istəyinə Şarliya mane olur
78. Parxaçovun əvəzində meydana Vasif Əliyev çıxır
82. Karqbo 2-ci sarı vərəqə ilə meydandan qovulur
88. Qonaqlar əla əks-hücumu boşa verirlər
89. Azər Məmmədovun cərimə meydançasında kobudluq etdiyini bildirən Elçin Məmmədov penalti təyin edir
90. Nurlan Novruzov Kolesnikovla mübarizədən məğlub ayrılır
Bu, artıq "zolaqlılar"ın cari mövsümdə vura bilmədiyi ardıcıl üçüncü penaltidi
90+3. Parks əlverişli mövqedə olan oyundaşına ötürmə vermir, öz zərbəsi isə dəqiq olmur. Halbuki, ötürmə versəydi, oyundaşı boş qapını dəqiq nişan ala bilərdi
Matç başa çatdı
 
 
QARABAĞ - QƏBƏLƏ - 0:1 (0:1)
Qol: V.Mendi, 37 (0:1)
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Elşən Acalov, Ceyhun Haşımov.
Quzanlı. Olimpiya İdman Kompleksinin stadionu.
 
Oyun başladı
Komandalar oyuna qarşılıqlı hücumlarla başlasalar da, hələlik qapılar qarşısında real təhlükə yaranmayıb
5. Qonaqların hücumçusu Deon Bartonun zərbəsi qapıdan aralı keçir
8. "Qarabağ" topu özündə saxlamaqla rəqibi yormağa çalışır
14. Qonaqların təhlükəli hücumu zamanı hər şey meydan sahibləri üçün yaxşı qurtarır
15. Georgi Adamiya əllə oynadığı üçün sarı vərəqə alır
20. R.Sadıqovun yerinə yetirdiyi cərimə zərbəsi canlı səddən dönür
24. Saşa Yunisoğlu da sarı vərəqə alır
28. R.Sadıqovun növbəti cərimə zərbəsini yenə müdafiəçilər geri qaytarırlar
30. "Qarabağ" qonaqları qapısına sıxışdırsa da, hələ ki, hesabı aça bilmir
34. Viktor Mendinin hiyləgər zərbəsi son anda müdafiəçiyə toxunub kornerə çıxır
35. Korner zamanı yenə bu hücumçunun baş zərbəsində azacıq dəqiqlik çatışmır
37. "Qəbələ"nin yerinə yetirdiyi cərimə zərbəsi zamanı Mendi nəhayət ki, yaxın küncü dəqiq nişan alaraq hesabı açır - 0:1
39. Lybuo Baranin təhlükəli nöqtədə Rauf Əliyevə qarşı kobud oynayır
40. R.Sadıqovun yerinə yetirdiyi cərimə zərbəsi yenə dəqiq olmur
43. A.Kamara kobud oyuna görə sarı vərəqə alır
45. Qonaqların cərimə zərbəsini Pavloviç zərərsizləşdirir
İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
50. Raufun zərbəsi qeyri-dəqiq alınır
54. Meydan sahibləri hesabı bərabərləşdirmək üçün irəli atılsa da, "Qəbələ" hələ ki, diqqətlə müdafiə olunur
57. Doroşevin səhvindən yararlanan Adamiya hesabı açmağa yaxın olsa da, məhz qapıçı onun son zərbəsini geri qaytara bilir
59. Əfranın sağ cinahla irəlilədikdən sonra vurduğu zərbə qeyri-dəqiq alınır
66. "Qarabağ" yaxşı hücum qursa da, İlqar Qurbanov son anda ləng tərpənir və topu müdafiəçilərə oğurtlatdırır
70. Veselko Trivonoviç yerini Nodar Məmmədova verir
71. Daniel Kruz kobud oyuna görə sarı vərəqə alır
72. Cərimə zərbəsi zamanı Sadıqovun baş zərbəsi dəqiq alınmır
75. "Qarabağ"da bu gün heç də hər şey alınmır
76. R.Sadiqov Kamaraya qarşı çox kobud oynadığı üçün sarı vərəqə alır
80. Əfranın bir toxunuşla fərqlənmək istəyi alınmır
81. Qara Qarayevin əvəzində meydana Maksim Medvedev daxil olur
82. Adamiya inanılmaz epizodu qaçırır. O, Əfranın səyi nəticəsində qarşısına düşən topu bir neçə metrlikdən çərçivəyə yönəldə bilmir
85. "Qarabağ" matçın sonlarına doğru təzyiqi artırıb
88. Əfranın sağ cinahdan yerinə yetirdiyi cərimə zərbəsi zamanı Maksimə qarşı cərimə meydançasında kobud oyun olduğunu iddia edir və penalti təyin edir
89. Futbolçularla hakim arasında kəskin mübahisə düşür. Vurğun Hüseynov sarı vərəqə alır
90+1. Sadiqov adi vəziyyətdə ikinci sarı vərəqə alaraq meydandan qovulur
90+2. Adamiya Doroşevlə mübarizədən məğlub ayrılır
90+4. Barton yerini Murad Hüseynova verir
Matç başa çatdı
 
 
1
XL
4
3
1
0
9-3
10
2
Qəbələ
4
2
2
0
4-2
8
3
AZAL
4
2
1
1
7-5
7
4
Neftçi
3
2
0
1
6-3
6
5
Qarabağ
3
2
0
1
3-2
6
6
Kəpəz
4
2
0
2
8-7
6
7
Bakı
4
1
2
1
3-3
5
8
Turan
3
1
0
2
4-5
3
9
İnter
3
1
0
2
1-4
3
10
Simurq
3
0
2
1
1-4
2
11
Rəvan
4
0
2
2
4-6
2
12
SŞ
3
0
0
3
2-8
0
 
Bombardirlər:
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi).
2 - Rauf Əliyev (Qarabağ), Sergey Artyux (Turan), Zohair Benouahi (AZAL), Branimir Subaşiç (Xəzər Lənkəran), Elşən Məmmədov (AZAL), Yuri Fomenko (Kəpəz).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.