27 avqust 2011 22:54
Eto`O Vaqif Sadıqovu sevindirdi (YENİLƏNİB)
Bu gün Rusiya Premyer Liqasında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqovun çalışdığı “Anji” səfərdə “Rostov”la qarşılaşıb.
Qeyd edək ki, həmyerlimizin komandasının işləri bu mövsüm heç də pis getmir. Hər halda 33 xala malik Mahaçqala klubu lider CSKA-dan 9 xal geridə qalmaq şərtilə 4-cü pillədə qərarlaşımışdı.
Autsayderlər qrupunda qərarlaşan “Rostov” isə 14-cü yerdə gedirdi və Sadıqovun son dövrlərdə diqqətçəkən dərəcədə güclənən komandasına ciddi problem yaradacağı elə də inandırıcı görünmürdü. Amma proqnozlar özünü doğrultmadı. Belə ki, uzun müddət rəqibini cəzalandıra bilməyən "Anji" fasilədən sonra yenik duruma düşüb. Həmyerlimizin komandası yalnız sona 10 dəqiqə qalmış yenilgidən yaxa qurtara bilib. Maraqlıdı ki, Mahaçqala klubunu yeni transfer Samuel Eto`O sevindirib. Hansı ki, bu gün o, "Anji"dəki debüt matçına çıxmışdı.
Rusiya Premyer Liqası
22-ci tur
27 avqust
Rostov – Anji - 1:1 (0:0)
Qollar: Kalaçev, 72 - Eto`O, 80.
