27 avqust 2011 20:43

Cavadov oynadı, Volqa qazandı (YENİLƏNİB)

Bu gün Rusiya Premyer Liqasında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu “Volqa” doğma meydanda “Terek”lə qarşılaşıb.
 
Qeyd edək ki, həmyerlimizin komandasının durumu heç də yaxşı deyildi. Çünki 16 komanda arasında 13-cü pillədə qərarlaşan Nijni Novqorod klubu təhlükəli zonadan uzaqlaşmağa çalışırdı. Lakin Dmitri Çerışevin rəhbərlik etdiyi kollektiv məğlubiyyətləri sıralamaqda davam edir.
 
Lakin bu dəfə nəhayət ki, uğursuz gedişata son qoyulub. Vaqifin komandası 3:1 hesablı qələbə sayəsində xallarını 16-ya çatdırıb.
 
Bir qayda olaraq sonradan meydana çıxan Cavadovun bu dəfə də oynayacağı istisna olunmurdu. Hər halda baş məşqçi onu ilk 18-liyə salmışdı və Vaqif sonrakı dəqiqələrdə meydana girə bilərdi. Belə də olub. 68-ci dəqiqədə meydana daxil olan millimizin üzvü yeni komandası ilə ilk qələbəsinə sevinib.
 
Rusiya Premyer Liqası
22-ci tur
27 avqust
 
Volqa – Terek - 3:1 (2:0)
Qollar: Tursunov, 19, Qoqua, 39, Hocava, 54 - Pavlenko, 85.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.