26 avqust 2011 10:58
Yığmamız avstriyalılara 4 cavabsız qol vurdu
Avstriyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamızın rəqibi yerli “Pinzgau” klubunun U-17 komandası olub.
Qarşılaşma 4:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Fəhmin Muradbəylinin dubl etdiyi oyunda İlyas Səfərzadə və Tərlan Əhmədov hərəyə bir dəfə fərqlənib.
