26 avqust 2011 11:03
Azərbaycan Avstriya klubuna qarşı
Avstriyada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, millimizin rəqibi yerli “Pinzgau” klubunun U-15 komandası olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Xatırladaq ki, eyni vaxtda U-16 yığmamız da bu ölkədə təlim-məşq toplanışındadı. Dünən 16 yaşlılarımız da yoldaşlıq oyunu keçirib və “Pinzgau”nun U-17 komandası ilə görüşdə 4 cavabsız qol vurub.
