26 avqust 2011 15:48
Millimiz Latviya ilə oyunda qələbə qazana bilmədi (YENİLƏNİB)
Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə çıxış edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün qrup mərhələsinin son oyununu keçirib. Azerisport.az xəbər verir ki, Təbriz Həsənovun rəhbərlik etdiyi ylğmamız latviyalı həmyaşıdları ilə qarşılaşıb.
Qarşılaşmada erkən qola imza atan millimiz növbəti qələbəsini qazanmağa yaxın olsa da, fasilədən sonra qol buraxaraq üstünlüyünü əldən verib.
Xatırladaq ki, futbolçularımız turnirin ilk oyununda Belarus yığmasını 3:1 hesabı ilə məğlub edib. İkinci qarşılaşmada isə yığmamız gürcüstanlı həmyaşıdlarına 1:2 hesabı ilə məğlub olub.
Millimizin yer aldığı qrupdakı vəziyyət belədi: Gürcüstan – 9, Azərbaycan, Latviya – hərəyə 4, Belarus – 0.
Digər yarımqrupdakı vəziyyət: Ukrayna, Litva– hərəyə 6,Qazaxıstan, Moldova– hərəyə 0.
Azərbaycan - Latviya - 1:1 (1:0)
Matçın 7-ci dəqiqəsində futbolçularımız hesabı açırlar
45-ci dəqiqədə komandamız hesabdakı üstünlüyünü əldən verir
