26 avqust 2011 11:26
Premyer Liqanın 4-cü turunun hakimləri açıqlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turunun hakimləri açıqlanıb. Azerisport.az sizi təyinatlarla tanış edir.
Paytaxt derbisi - AZAL - "Neftçi" görüşü Fariz Yusifova həvalə olunub. "Qarabağ" - "Qəbələ" qarşılaşmasını isə digər FİFA referisi Vüsal Əliyev idarə edəcək. "Bakı" - "Kəpəz" qarşılaşmasında isə Elçin Məmmədov fit çalacaq.
"Rəvan" - "Xəzər Lənkəran" görüşü Rauf Cabbarova həvalə olunubsa, turun qapanış matçı - "Turan" - "Simurq" oyunu da Anar Salmanova tapşırılıb.
Qeyd edək ki, “İnter” – “Sumqayıt Şəhər” oyunu təxirə salınıb.
Premyer Liqa
4-cü tur
27 avqust (şənbə)
AZAL - "Neftçi"
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Rza Məmmədov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Orucəli Durmuşov
"AZAL" stadionu. Saat 19:00
"Rəvan" - "Xəzər Lənkəran"
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Munis Abdullayev, Hacıəli Əliyev
AFFA nümayəndəsi: Ramiz Əliyev
Hakim-inspektor: Məlik Həsənov
"Dalğa Arena" stadionu. Saat 20:00
"Qarabağ" - "Qəbələ"
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Elşən Acalov, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
Quzanlı Olimpiya İdman Kompleksinin stadionu. Saat 17:30
"Bakı" - "Kəpəz"
Hakimlər: Elçin Məmmədov, Ramiz Əsədov, İsgəndər Əliyev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Qurban Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00
28 avqust (bazar)
"Turan" - "Simurq"
Hakimlər: Anar Salmanov, Yaşaq Abbasov, Knyaz Əmiraslanov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Səfər Haşımov
Tovuz şəhər stadionu. Saat 17:30
