26 avqust 2011 11:34
Nurlan Novruzov Starkovdan şans istədi
“Kəpəz"lə oyunu ciddi hazırlaşırıq. Hər oyun olduğu kimi bu dəfə də meydana yalnız qələbə üçün çıxacağıq". Azerisport.az xəbər verir ki, bu sözləri “Bakı”nın futbolçusu Nurlan Novruzov deyib:
Gənc futbolçu baş məşqçisinə ona etimad göstərdiyinə görə minnətdarlığını bildirib: "Baş məqçimiz Aleksandr Starkova minnətdarlığımı bildirirəm ki, son iki oyunda mənə etimad göstərib, mübarizə aparmaq şansı verdi. O, bizə inanır və bu amil bir gənc futbolçu kimi mənə əlavə güc və stimul verir".
Nurlan "Kəpəz"lə qarşılaşmada da Starkovdan şans istəyib: "Bu oyunda da baş məşqçimizdən şans gözləyirəm. "Kəpəz"lə oyunda meydana çıxarsam, onun ümidlərini doğrultmaq və komandama xeyr vermək üçün əlimdən gələni edəcəyəm".
