26 avqust 2011 11:48
“Alınmırsa, deməli, hamımız günahkarıq”
“Bakı”nın müdafiəçisi Aleksey Savinov Premyer Liqanın 4-cü turunun “Kəpəz”lə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Yeni mövsümə startınızı necə qiymətləndirərdiz?
- Bizdə indi yeni komanda formalaşmaqdadı ki, buna da vaxt tələb olunur. Hər oyunda biz daha yaxşı görünməyə çalışırıq. Məsələn, “İnter”lə son oyunumuz mənim çox xoşuma gəldi. Biz qələbəyə layiq idik. Əlbəttə, bu komandaya qarşı oynamaq çox çətindi. Amma bu dəfə biz daha yaxşı idik. Əgər bu tempdə davam etsək, öz oyunumuzu tapacağıq. Bəzi futbolçularımız yeni olduğundan onların uyğunlaşmasına vaxt lazımdı.

- 3 oyuna 2 penaltini boşa vermisiz. Yəni komandada ştatlı penalti vuran yoxdu?
- Bu, sadəcə bəxtsizlikdi. Mən özüm də inana bilmirəm ki, İvanovla Soliç penaltini vura bilmədilər. İnanın ki, onlar hətta məşqlərdə penalti vuruşları üzərində işləyirlər. Hər ikisi ardıcıl 10-11 penalti yerinə yetirə bilir. Amma o oyunlarda nə baş verdiyini bilmirəm. Yəqin ki, bu, bəxtsizlikdi.

- “İnter”in oyunçuları meydanı tərk etməsəydilər, Nurlan Novruzov üçüncü penaltini vura biləcəkdi?
- Onun gözləri yanırdı, əmin idim ki, vuracaq. O, dərhal topu götürdü və bildirdi ki, özü vurmaq istəyir. Əvəzedici komandada da o, bir neçə dəfə belə imkanları dəyərləndirib. Fikrimcə, o, bu dəfə də dəqiq oynayacaqdı.

- Amma hələ də qol hesabınızı aça bilməmisiz. Nə problem var?
- İstənilən halda bizə vaxt lazımdı. Bir neçə turdan sonra “Bakı” özünə gələcək. Adətən, hər oyunda çoxlu qol epizodu yaratsaq da, onları dəyərləndirə bilmirik. Hücumçuları günahlandırmaq istəməzdim. Alınmırsa, deməli, hamımız günahkarıq. Amma üzərimizdə işləyirik. “Kəpəz”lə oyundan etibarən qələbə seriyasına başlamaq istəyirik.
- Belə oyunla “Qarabağ” və “Neftçi” ilə oyunlarda çətin ki, nəsə edə biləsiz...
- Bizim bu komandalarla oyunlarımıza hələ qalır. Hesab edirəm ki, rəqiblərimizi favoritlərə və ortabablara bölmək olmaz. Bütün komandalar güclüdü. “Qarabağ”, “Neftçi”, “Xəzər Lənkəran”la da oynayacağıq. Onlarla oyunlara kimi hazır olacağıq. Lazımi istəklə istənilən komandaya qarşı oynamaq olar. Amma indi hələ “Kəpəz”lə oyunu düşünürük.
- Gəncəlilərin oyununu görmüsüz?
- Bir neçə oyunlarını izləmişəm. Fikrimcə, bizə çətin olacaq. Hücum etməyi sevən komandadı. 3 oyuna 4 dəfə fərqlənmələri hücum xəttinin dişliliyindən xəbər verir. Onlar da oyuna qələbə üçün çıxacaqlar, biz də. Bizə artıq qol vurmaq, qələbə qazanmaq vaxtıdı.
- Rəqibin heyətində kimi xüsusi qeyd edərdiz?
- Ceyhun Sultanovun oyunu xoşuma gəlir. O, hücumlarda çox inamlı oynayır. Rəqibə həmişə problem yarada bilən oyunçudu.
- Ceyhun Sultanovun oyunu xoşuma gəlir. O, hücumlarda çox inamlı oynayır. Rəqibə həmişə problem yarada bilən oyunçudu.