26 avqust 2011 11:57
“Çempionluq yaşamaq istəyirəm”
“Bakı”nın gənc üzvü Novruz Məmmədov geridə qalan turlar və "Kəpəz"lə oyun barədə sualları cavablandırıb. Azerisport.az xəbər verir ki, o, açıqlamasıdna bunları dilə gətirib:
“Kəpəz”lə oyuna ciddi hazırlaşırıq. Komandada hər şey öz qaydasındadı. Şənbə günü də meydanda yalnız qələbə uğrunda mübarizə aparacayıq. Çempionatda asan rəqib yoxdur, “Kəpəz”lə oyun da asan olmayacaq.

Ötən tur ilk qələbəmizi qazandıq və növbəti oyunlarda bunun davamının gəlməsini arzulayıram. Artıq özümü “Bakı”nın bir parçası hesab edirəm. Fikrimcə,uyğunlaşma dövrü artıq geridə qalıb.
Hər oyuna son oyun kimi baxıb, yalnız 3 xal üçün vuruşuruq və inanıram ki, sonda qarşıya qoyulan vəzifələrin həllinə nail olacayıq. “Bakı” ilə çempionluq yaşamaq istəyirəm.
Qarşıdakı oyunlarda komandamızın azarkeşlərindən də dəstək gözləyirəm, onların dəstəyi bizə əlavə ruh verir”. (klubun rəsmi saytı)