26 avqust 2011 12:11

Starkov: Sürprizə yer qoymamalıyıq

“Bakı”nın baş məşqçisi Aleksandr Starkov 3-cü turun yekunu və 4-cü tur barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis bir çox maraqlı məqamlara toxunub.
 
"3-cü turda çox güclü bir rəqiblə qarşılaşdıq. Bu həmin "İnter"di ki, altı ay əvvəl Moskvada keçirilən Birlik Kubokunda bütün rəqiblərinə qalib gələrək MDB çempionu tituluna sahib çıxıb. Həmin vaxt biz onların qələbəsindən fərəhlənir, oyunlarından zövq alırdıq.
 
Bizə qarşı oynayan "İnterə" gəldikdə isə, bizim qarşımıza komanda oyunu oynayan, bir-birlərini yaxşı başa düşən, sözün yaxşı mənasında acıqlı bir komanda çıxmışdı. Ümumilikdə biz onlardan yaxşı oynadıq. Ancaq yenə də hücum xəttimizin dişsizliyi diqqət çəkdi. Hücumçularımız qollar vurmalıdırlar, ancaq onu da qeyd edim ki, "İnter"in müdafiə xətti olduqca inamlı oynayırdı. Biz oyun boyu təzyiqi artırırdıq ki, bu da qarşılaşmanın sonlarında öz bəhrəsini verdi. Rəqibin əsəbləri davam gətirmədi və onlar səhvə yol verdilər.
 
Oyuna sonradan daxil olan futbolçular da öz işlərini gördülər. Biz damla-damla əldə etdiyimiz üstünlüyü sonda reallaşdıra bildik. Azarkeşlərimizin dəstəyini xüsusi qeyd etmək istəyirəm. Onlar bizi ilk dəqiqədən sonadək dəstəklədilər. Bu, bizim köməyimizə gəldi. "Simurq"la uğursuz oyundan sonra komandada gərginlik var idi. "İnter"lə oyundan sonra bu mənfi amil aradan qalxdı.
 
Gərginlik nədən yaranır? Mən bir məçqçi kimi eyforiya anları və gərginlikdə kimin özünü necə hiss elədiyini müşahidə edirəm.Mən Elvin Əliyev, İbrahim Karqbo və yaxud Uinston Parksı deyə bilmərəm, ancaq mənim yaxşı tanıdığım futbolçular, məsələn, Maris Verpakovski barədə müəyyən fikirlər söyləyə bilərəm. Biz komanda olaraq bu insanların bir-birləri ilə vəhdət təşkil etməsinə çalışırıq.
 
Gərginlik var idi, ancaq indi görürəm ki, kollektivdə əhval-ruhiyyə yüksəlib. Kimin yaxşı və yaxud pis oynaması söhbət mövzusu deyil.
 
"İnter" yaxşı təşkilatlanmış komandadı. Burada baş məçqçinin işi görünür. Güclü motivasiya ilə oynayırlar. Sxadadzeyə bir həmkar kimi təəssüfümü bildirirəm. Həqiqətən də, bu komandaya və həmkarıma hörmətlə yanaşıram. Bizim hər birimiz onun yenində ola bilərdi. "İnter"lə oyunda güclü tərəf biz idik və bunun nəticəsini də gördük. Gələcəkdə onlara uğurlar arzulayıram.
 
Bizim oyunumuz hələ çiydi. Futbolçularımız arasında əlaqə zəifdi. Juniora gəldikdə, o cəmi 2-3 gündü ki, komanda ilə birlikdədi. Bu futbolçunu əvvəldən izləmişdik, mən onu izləmək üçün keçmiş klubunun oyunlarına baxmışam. "İnter"lə oyunda meydana çıxdıqdan sonra komandanın oyununu gücləndirdi. Mənə elə gəlir ki, qarşıdakı oyunlarda Junior bir çox müsbət cəhətlərini göstərəcək. Tək texnikalı və sürətli olmaq bəs etmir, həm də psixoloji cəhətdən güclü olmalısan. Ümid edirəm ki, onun oyun səviyyəsi daha da artacaq.
 
Növbəti oyunumuza ciddi hazırlaşırıq. "Kəpəz" nə "Simurq" nə də "İnter" deyil. Bu, özünəməxsus bir fubol oynayan komandadı. Biz onların oyunlarını izləyib, analiz edirik. Zəif və güclü tərəflərini öyrənirik. Bununla belə əsas məsələ bizim futbolçuların necə oynamasıdı. Xətlər arasındakı rabitə, xüsusən də, hücumçularımızın anlaşması üçün hələ çox işləməliyik.
 
Heç bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Hələ çox oynularda sürprizlər ola bilər. Biz buna hazır olmalıyıq. Hər bir oyuna maksimum diqqətlə çıxmalıyıq. İstəməzdim ki, sürpriz nəticələr bizim oyunlara təsadüf etsin. Öz oyunumuzla bunun qarşısını almalıyıq. "Kəpəz"lə oyuna qələbə üçün çıxırıq. Bunun məsuliyyətini anlamaq lazımdı.
 
Azarkeşlərimizə bir daha təşəkkür edirəm və onları stadiona dəvət edirəm. Onların dəstəyi bizə güc verir, komandanın tərəfdarlarının dəstəyinə ehtiyacı var”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.