26 avqust 2011 12:46
“Azərbaycanda əsas problem bir çox oyunların süni meydanlarda keçirilməsidi”
“Bakı”nın litvalı yarımmüdafiəçisi Deyvidas Çesnauski son oyun , 27 iyulda keçiriləcək “Bakı” – “Kəpəz” qarşılaşması, Azərbaycan Premyer Liqası və uyğunlaşma dövrü haqqında fikirlərini klubun rəsmi internet saytı ilə bölüşüb. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
“Son oyunda qələbə qazandığımıza görə çox şadam. Həmin oyunda hər iki 11 metrlik cərimə zərbəsi var idi və hakim haqlı qərar çıxardı. Növbəti oyun da bizim üçün asan olmayacaq. “Simurq”la oyun göstərdi ki, çempionatda asan rəqib yoxdu. Qarşıdakı oyunlara ciddi yanaşmaq lazımdı. “Kəpəz”lə oyuna da qələbə üçün çıxacağıq və hədəfimiz 3 xalı qazanmaqdı.
Azərbaycan Premyer Liqası yaxşı klublardan təşkil olunmuş səviyyəcə yüksək bir çempionatdı. Hər oyun 100 faizlik güclə oynamaq lazımdı ki, nəticə qazana biləsən. Burada əsas problem bir çox oyunların süni meydanlarda keçirilməsidi. Bu tip meydanlarda oynamaq problemlər yaradır.
Mən Bakıdakı həyata tez öyrəşdim. Uzun müddət legioner həyatı yaşadığımdan bura da öyrəşmək çətin olmadı. Mənim üçün hər bir şərait yaradılıb və hər şey qaydasındadı. Yalnız komandada bir çox yeni simalar var və bu futbolçuların tam uyğunlaşması zaman tələb edir. Heyət yenidir və komandada oyun təcrübəsi çatmır. Oyundan-oyuna daha güclü “Bakı” görəcəksiniz”.
