27 avqust 2011 13:15
Millimizin üzvü oynadı, Volqa qələbə qazandı
Azərbaycan U-19 yığmasının üzvü Şamil Qurbanov Rusiyanın “Volqa” klubunun əvəzedicilərinin heyətində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, o, “Terek”lə ev oyununun iştirakçısı olub.
Baş məşqçi Maqomed Adiyev millimizin müdafiəçisinə bu dəfə də ilk dəqiqələrdən şans verib. Qurbanov matçı əvəzedilmədən keçirib. Qarşılaşmaya gəlincə, Nijni Novqorod təmsilçisi artıq matçın 21-ci dəqiqəsində yenik duruma düşüb. Lakin fasilədən sonra həmyerlimizin komandası özündə güc taparaq əzmkar qələbəyə imza atıb. 57 və 68-ci dəqiqələrdə vurulan qollar “Volqa”ya növbəti 3 xalı qazandırıb.
Qeyd edək ki, “Volqa”nın əsas heyətində Azərbaycanın əsas millisinin hücumçusu Vaqif Cavadov da forma geyir.
