27 avqust 2011 13:31

Xəzər Lənkəran və Mirça Rednik üçün tarixi oyun

Bu gün “Xəzər Lənkəran” Premyer Liqada növbəti səfər oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, “Rəvan”ın qonağı olacaq komanda çempionata uğurlu startın davamını gətirməyə çalışacaq.
 
Komandaların geridə qalan həftələrdə əldə etdikləri göstəricilər kifayət qədər fərqlidi. “Xəzər Lənkəran” hər üç oyunda qalib gəldiyi halda, “Rəvan”ın aktivində yalnız bir xal var. Bu xal son turda “Simurq”a qarşı keçirilmiş oyunda qazanılıb. Bu səbədən rəqibin növbəti məğlubiyyəti almamaq üçün tam gücü ilə oynayacağını gözləməyə dəyər.
 
“Xəzər Lənkəran” bu mövsüm hələlik yeganə səfər oyunundan 3:0 hesablı qələbə ilə dönüb. Bu nəticə AZAL ilə oyunda qeydə alınıb. “Rəvan” isə ikinci turda evdə “Neftçi”yə 0:1 hesabı ilə məğlub olub.
 
Üç turdan sonra XL çempionatda ən çox qol vurmuş tərəfdi. Üç başlanğıc turunda vurulmuş 8 qol klub tarixində ən yaxşı nəticədi. “Rəvan” isə çempionata hələlik 3 dəfə fərqlənməyi bacarıb. “Xəzər Lənkəran” iki qol buraxdığı halda, “Rəvan” beş dəfə topu qapısında görüb.
 
Bu oyun komandaların qarşılaşdığı ilk görüş olacaq. 2009-cu ildə əsası qoyulan “Rəvan” birinci divizionda ikinci pilləni tutaraq bu mövsüm yüksək dəstədə oynamaq şansı əldə edib. Xatırladaq ki, digər debütant “Sumayıt Şəhər” komandası ilə “Xəzər Lənkəran” ilk turda qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
 
XL bu oyuna tam heyətlə hazırdı. Baş məşqçinin qərar verəcəyi halda, yeni transferlər Antonio Semedo və Mario Rosas məhz “Rəvan”la qarşılaşmada öz debütlərini edə bilərlər. Üç turdan sonra müvafiq olaraq üç və iki dəfə fərqlənmiş Opara və Subaşiç də görüşə hazır vəziyyətdədirlər.
 
Qarşıdan gələn oyunda meydana çıxacağı təqdirdə Elvin Beqiri “Xəzər Lənkəran” formasında 50-ci oyununu keçirəcək. Həmçinin “Rəvan”la oyun Emeka Opara üçün komandasının heyətində 45-ci, Katalin Doman üçün isə 30-cu qarşılaşma ola bilər.
 
Bu turda da qalib gələcəyi halda Mirça Rednik “Xəzər Lənkəran”la ölkə çempionatı çərçivəsində iyirminci qələbəsini əldə edəcək. Ümumilikdə isə tarixi ərzində müxtəlif yarışlarda 149 qələbə qazanan komanda bu gün 150-ci dəfə oyunu qalib tərk etmək şansına malikdi. (XL-ın rəsmi saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.