27 avqust 2011 13:43
Ruslan Abışov: Qışda Neftçidən ayrıla bilərəm
“Neftçi”nin müdafiəçisi Ruslan Abışov Premyer Liqanın 4-cü turunun AZAL ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- AZAL ilə çətin sınaq öncəsi fikirlərini bilmək istərdik...
- Biz bu görüşə ciddi hazırlaşmışıq. Rəqib üçün xüsusi nəsə hazırladığımızı deməzdim. Sadəcə, onların son oyunlarını izləyib, analiz etmişik. Son mövsümdə 4-cü yeri tutmuşdular, yayda avrokubok təcrübələrini də artırdılar. AZAL-a hörmət edirik, amma gizlətmirik ki, onları məğlub etmək istəyirik.
- Amma bu, heç də asan olmayacaq...
- Futbolda öncədən nəsə demək olmur. AZAL evdə oynayır və bu amil onların xeyrinədi. Bildiyimiz qədərilə bu komanda evdə yaxşı oynayır. Onların “Qəbələ” ilə oyununa baxmışam və bilirik ki, nəyə qadirdilər. Belə komandalara qarşı necə oynamalı olduğumuzu da bilirik. Əgər maksimum gücümüzü meydanda qoya bilsək, qələbə bizim olacaq.
- “Qəbələ” – AZAL görüşü yadınızda daha çox nə ilə qaldı?
- Baxımlı oyun alınmadı. Darıxdırıcı futbol getdi. AZAL xüsusi nəsə göstərmədi. Onlar daha çox müdafiə olunurdular. Aşkar görünürdü ki, 1 xal üçün gəliblər. Konkret taktikaları da bilinmirdi. Aydın məsələdi ki, bizim hücumçuların da işi onlarla oyunda çətin olacaq. “Təyyarəçilər” öz müdafiəsi ilə bizə başağrı yarada bilərlər. Amma istənilən halda maraqlı oyun olmalıdı. Hər halda hər iki komanda yüksək yerlər uğrunda mübarizə aparır.
- Çempionatın startı göstərdi ki, “Neftçi” hələ çempionluq oyununu sərgiləyə bilmir...
- Çempionat hələ yeni başlayıb. Bütün komandalar hələ öz oyunlarını axtarırlar. Biz hər tur artırırıq. İlk oyunlarda elə ciddi çətinliklə üzləşməsək də, qarşıda bizi güclü rəqiblər gözləyir. “Qarabağ”, “Xəzər Lənkəran” və “Bakı” ilə çətin oyunlarımız olacaq. Bütövlükdə, bütün oyunlarımız çətindi. Amma çempionluğa oynayan komandalarla qarşılaşmalar daha çətin olur. Bizim əsas məqsədimiz ötən mövsüm qazandığımız uğuru təkrarlamaqdı.
- Sizin bu yay “Neftçi”ni tərk edəcəyiniz gözlənilirdi. Başqa təklif olmadı?
- Bir neçə təklif var idi. Amma mən “qızıl məxrəc”i tapa bilmədim. Hazırda isə heç bir dəvət yoxdu. Ola bilsin ki, qışda və ya mövsümün sonunda olsun. Mən də Azərbaycanı legioner kimi başqa ölkələrin birində təmsil etmək istərdim. Amma hazırda bütün fikirlərim “Neftçi”yə yönəlib. Yenidən çempionluq sevinci yaşamaq istəyirəm.
- Bir neçə təklif var idi. Amma mən “qızıl məxrəc”i tapa bilmədim. Hazırda isə heç bir dəvət yoxdu. Ola bilsin ki, qışda və ya mövsümün sonunda olsun. Mən də Azərbaycanı legioner kimi başqa ölkələrin birində təmsil etmək istərdim. Amma hazırda bütün fikirlərim “Neftçi”yə yönəlib. Yenidən çempionluq sevinci yaşamaq istəyirəm.
- Sentyabrın 2-də və 6-da müvaqif olaraq Belçika və Qazaxıstan yığmalarını qəbul edəcəyik. Bu görüşlərdən nə gözləyək?
- Hər şeyi oyunlar göstərəcək. Biz meydana nəticə qazanmaq üçün çıxacağıq. Tisklin son oyunları komandamız üçün böyük əhəmiyyət kəsb edir. Belçika təbii ki, güclü rəqibdi. Buna görə də, onlarla çətin olacaq. Qazaxıstanla oyundan isə ancaq qələbə ilə ayrılmalıyıq.
