29 avqust 2011 00:03
Almaniya çempionatı Schalke də zirvəyə şərik çıxdı (YENİLƏNİB)
Almaniya çempionatında 4-cü turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə cəmi 1 qarşılaşma baş tutub.
İlk oyun günündə “Hertha” evdə “Stuttgart”la qarşılaşıb. Qarşılaşmada uzun müddət qapılara qol vurulmayıb. Lakin hamı görüşün qolsuz bitəcəyini düşündüyü vaxtda səhnəyə çıxan Rafaelin vurduğu 1 qol meydan sahiblərinə bu mövsüm ilk dəfə 3 xal qazandırıb.
Əksər qarşılaşmalar isə ikinci oyun gününə təsadüf edib. Son çempion "Borussia" yenə xal itirib. Dortmund təmsilçisi bu dəfə səfərdə "Bayer"ə bata bilməyib. "Bayern" isə Qomesin het-trik etdiyi matçda 3 xala sevinib.
Tura son oyun günündə keçirilən iki oyunla yekun vurulub. "Hannover" doğma meydanda "Mainz" ilə sülhə razılaşıb. "Schalke" isə Raulun yeganə qolu sayəsində Münhenqladbax "Borussia"sına qalib gəlib.
Almaniya Bundesliqası
4-cü tur
26 avqust
Hertha – Stuttgart – 1:0
Qol: Rafael, 86.
27 avqust
Freiburg - Wolfsburg - 3:0
Qollar: Bart, 30, Yendrisek, 40, Makiadi, 59.
Hamburger - Cologne - 3:4
Qollar: Petriç, 11-pen, Raykoviç, 60, Son, 63 - Chihi, 21, Novakoviç, 49, Klemens, 84, Makkena, 88.
Hoffenheim – Werder - 1:2
Qollar: Firmino, 37 - Arnautoviç, 38, Rozenberq, 83.
Kaiserslautern – Bayern - 0:3
Qollar: Qomes, 37; 55; 69.
Matçın 55-ci dəqiqəsində Qomes daha bir qol vurmaq şansına malik olsa da, penaltidən yararlana bilməyib
Nurnberg - Augsburg - 1:0
Qol: Essveyn, 71.
Bayer - Borussia (Dortmund) - 0:0
28 avqust
Hannover - Mainz - 1:1
Qollar: Abdellaoue, 30 - Allaquy, 2.
Schalke – Borussia (Münhenqladbax) - 1:0
Qol: Raul, 64.
| 1 | Bayern M | 4 | 3 | 0 | 1 | 9 | - | 1 | 9 |
| 2 | Schalke | 4 | 3 | 0 | 1 | 10 | - | 6 | 9 |
| 3 | Werder | 4 | 3 | 0 | 1 | 9 | - | 5 | 9 |
| 4 | Hannover | 4 | 2 | 2 | 0 | 6 | - | 4 | 8 |
| 5 | Borussia M | 4 | 2 | 1 | 1 | 6 | - | 3 | 7 |
| 6 | Borussia D | 4 | 2 | 1 | 1 | 5 | - | 2 | 7 |
| 7 | Mainz | 4 | 2 | 1 | 1 | 7 | - | 6 | 7 |
| 8 | Bayer | 4 | 2 | 1 | 1 | 2 | - | 2 | 7 |
| 9 | Hoffenheim | 4 | 2 | 0 | 2 | 5 | - | 4 | 6 |
| 10 | Nurnberg | 4 | 2 | 0 | 2 | 3 | - | 4 | 6 |
| 11 | Hertha Berlin | 4 | 1 | 2 | 1 | 4 | - | 4 | 5 |
| 12 | Stuttgart | 4 | 1 | 1 | 2 | 4 | - | 3 | 4 |
| 13 | Freiburg | 4 | 1 | 1 | 2 | 9 | - | 9 | 4 |
| 14 | Cologne | 4 | 1 | 1 | 2 | 6 | - | 12 | 4 |
| 15 | Wolfsburg | 4 | 1 | 0 | 3 | 4 | - | 8 | 3 |
| 16 | Augsburg | 4 | 0 | 2 | 2 | 3 | - | 6 | 2 |
| 17 | Kaiserslautern | 4 | 0 | 2 | 2 | 2 | - | 7 | 2 |
| 18 | Hamburger | 4 | 0 | 1 | 3 | 6 | - | 14 | 1 |
