27 avqust 2011 14:44
AFFA-dan daha bir xeyirxah addım (FOTO)
Müqəddəs Ramazan ayı ilə əlaqədar AFFA və Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının növbəti birgə tədbiri keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə iştirak edən AFFA-nın I vitse-prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri, Milli Məclisin deputatı Rauf Əliyev Xəzər rayonunda yerləşən valideyn himayəsindən məhrum və əqli cəhətdən zəif uşaqlar üçün 3 saylı uşaq evində olub.
Rauf Əliev burada tərbiyə alan uşaqlara Açıq Əyləncəli Futbol Məktəbləri layihəsi çərçivəsində AFFA-nın hədiyyələrini təqdim edib.
