27 avqust 2011 15:09
Qarabağ Qəbələyə qalib gələcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, Premyer Liqanın 4-cü turunun “Qarabağ” – “Qəbələ” matçında hansı nəticə qeydə alınacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi ilə sizi də tanış edirik.
Belə ki, sorğuya qatılan oxucularımız bu qarşılaşmada “Qarabağ”ın qələbə qazanacağına şübhə etmirlər. Hər halda onlar sorğuda iştirak edənlərin 55 faizini təşkil edirlər.
Respondentlərin 25 faizi bu görüşdə heç-heçə qeydə alınacağını düşünürlər. “Qəbələ”nin qələbə qazanacağını proqnozlaşdıranlar isə sadəcə 20 faizdi.
