27 avqust 2011 15:21
“AZAL-ın mənimlə müqavilə bağlayacağını gözləyirdim”
AZAL baxışa çağırdığı hollandiyalı futbolçudan imtina edib. Azerisport.az xəbər verir ki, baş məşqçi Elxan Abdullayev sağ cinah müdafiəçisi mövqeyində çıxış edən Dennis van der Valı bəyənməyib.
Bu haqda hollandiyalı futbolçu ölkəsinən olan jurnalistlərə açıqlamasında bildirib: “AZAL-ın mənimlə müqavilə bağlayacağını gözləyirdim. Amma görünür ki, mən onların işinə yaramadım. Təəssüf ki, hər şey belə alındı”.
Qeyd edək ki, bu futbolçu 1986-cı il təvəllüdlüdü. Onun karyerasının böyük hissəsi Hollandiyanın “Zwolle” klubu ilə bağlıdı. Belə ki, Van der Val 2004-cü ildən etibarən çıxış etdiyi bu komandada 113 matça çıxıb və 2 qola imza atıb. Bu il isə o, “Cambuur”a icarəyə verilib və burda 15 matça çıxıb. Onun legioner həyatında ilk olaraq AZAL-ın formasını geymək istəyi isə baş tutmayıb.
