27 avqust 2011 20:14
Qurban Qurbanov: Bunlar hamısı lazımsız şeylərdi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 4-cü turunun “Qəbələ” ilə ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları görüşdən sonra bunları dilə gətirib.
“Komandamın oyunundan razıyam. 90 dəqiqə ərzində meydanda yaxşı mübarizə getdi. Əsas odu ki, sürət var idi və bu, məni sevindirdi. Sadəcə futbolçularımız tez-tez səhvlərə yol verirdilər. Bunun üzərində işləmək lazımdı. Oyundan sonra Rəşad Sadiqova iradımı bildirdim ki, qırmızı vərəqə almaq lazımsız idi. Eləcə də, Georgi Adamiyaya əllə oynadığına görə. Bütün bunlar lazımsız şeylərdi”.
