27 avqust 2011 20:31
Toni Adams: Penalti ədalətli idi, amma…
“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın 4-cü turunun “Qarabağ”la səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra bunları dilə gətirib.
“Təəssüf ki, meydança belə pis vəziyyətdə idi. Hər iki komanda hücum etməyi sevən komandadı. Amma bunu belə meydançada etmək mümkün deyil. “Qarabağ” yaxşı komandadı. Onlar bunu bir daha göstərdilər. Əgər Adamiya penaltini dəqiq vursaydı da belə, nəticə ədalətli olacaqdı. Bəzi epizodlarda hakimin qərarlarını başa düşmdəiim. Amma penaltinin ədalətli şəkildə təyin olunduğunu düşünürəm. Ondan öncəki bir qərarı isə düzgün deyildi”.
