27 avqust 2011 21:08
Mehman Allahverdiyev: İstəyimizə nail olduq
“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev Premyer Liqanın 4-cü turunun “Bakı” ilə səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 3:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra bunları dilə gətirib.
“Heyətlə bağlı problemlərimiz var idi. Məcbur olub, müdafiəçini yarımmüdafiəçi kimi oynatdım. İlk 15 dəqiqədə “Bakı” bizdən üstün oynadı. İlk dəqiqələrdən futbolçularımız oyuna uyğunlaşa bilməmişdi. Getdikcə oyunumuz daha yaxşı alındı. Təbii ki, “Bakı”nın oyununu analiz etmişdik. Rəqibi əks-hücumlarda tutmaq istəyirdik. Fikrimcə, istədiyimizə nail olduq”.
