27 avqust 2011 21:37
Elxan Abdullayev: Qələbə o demək deyil ki, biz Neftçidən güclüyük
AZAL-ın baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın 4-cü turunun “Neftçi” ilə ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 3:1 hesabı ilə qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib.
“Çempionla oynamaq həmişə çətindi. Biz bu gün “Neftçi”ni məğlub etdik. Amma bu, o demək deyil ki, biz çempiondan güclüyük. Bu, oyundu. Mən Hacıyevə inanıram, əminəm ki, o, yaxşı komanda yaradacaq. AZAL-ın yenilərinə gəlincə, onlar yaxşı oyun göstərdilər. Xüsusilə Şutzun oyununu qeyd edərdim”.
