27 avqust 2011 11:17
Yığmamız avstriyalılara 14 cavabsız qol vurdu
Avstriyada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Pinzgau” klubunun U-15 komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 14:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Komandamızın heyətində qolları Elnur Cəfərov (4 qol), Peyman Natiq (3), Ruslan Hacıyev, Renat Ağaverdiyev, Şaban Cəbrayılov, Fərid Əskərli, Kamran Nəcəfzadə, Məhəmməd Hüseynov vurub. Bir qolu isə Avstriya təmsilçisi öz qapısından keçirib.
