28 avqust 2011 00:03
İddialılar üçün qara tur
Premyer Liqanın 4-cü turu başladı. Özü də kifayət qədər sensasiyalı nəticələrlə. Azerisport.az xəbər verir ki, yəqin bu oyunlardan öncə heç kim “Neftçi”, “Bakı” və “Qarabağ”ın eyni gündə məğlub olacağını, “Xəzər Lənkəran”ın xal itirəcəyini proqnozlaşdırmazdı. Amma bu, oldu.
Hesabat turu Quzanlıda start götürdü. “Qarabağ” özü kimi yeni mövsümdə kifayət qədər iddialı təsir bağışlayan “Qəbələ”ni qəbul edirdi. Hər iki komanda hücum etməyi sevdiyindən, bu görüşün daha maraqlı keçəcəyini gözləmək olardı. Amma məhz Quzanlıdakı stadionun qazonunun bərbad gündə olması gözlədiyimiz oyunu görməyə imkan vermədi. Buna baxmayaraq, komandalar qələbə qazanmaq üçün əllərindən gələni etdilər.
Xüsusilə “Qəbələ”. Toni Adamsın komandası güclü rəqibindən qətiyyən çəkinmədən cəsarətli futbol sərgiləyirdi ki, bunun da məntiqi nəticəsi kimi ən fəal oyunçularından Viktor Mendinin sayəsində hesabı aça bildilər. Fasilədən sonra ağdamlılar çox çalışsalar da, oyunda dönüş yarada bilmədilər. Hətta son dəqiqələrdə Vüsal Əliyev qonaqların qapısına penalti təyin etsə də. Adamiya bundan yararlana bilmədi. Hər halda “Qəbələ” bu görüşdə qazandığı 3 xala görə ilk növbədə Mendi ilə Pavel Doroşevə minnətdar ola bilər.
Qurban Qurbanovun komandasına gəlincə, bilirik ki, Ağdam klubu hazırda bir sıra itkilərlə üz-üzədi. Amma oyundan sonra baş məşqçinin özünün də qeyd etdiyi kimi, futbolçularda bir qədər intizamsızlıq da hiss olunmağa başlayıb. Bunun ən bariz nümunəsi isə kapitan Rəşad Sadiqovun heç nədən qırmızı vərəqə almasıydı. Hər halda meydan sahibləri sözügedən oyuna “Qəbələ” qədər ciddi yanaşmadılar və bunun da nəticəsində yeni mövsümdə ilk məğlubiyyət acısını daddılar.
Növbəti sürpriz Bakıda yaşandı. Özü də yenə sürprizin əsas qəhrəmanı mövsümə onsuz da uğursuz başlayan “Bakı” oldu. Bu komandanın “Kəpəz”lə oyunda nəhayət tilsimi qıracağı, ilk qolunu vurub, ilk qələbəsini qazanacağı gözlənilirdi. Hər halda “İnter”lə sonuncu qalmaqallı oyunun ardından “zolaqlılar” rəqibin texniki məğlubiyyəti sayəsində 3 xala sahib çıxdıqlarından, əhval-ruhiyyə heç də pis deyİldi. Həm də futbolçulardan tutmuş baş məşqçi Aleksandr Starkova qədər hamı “bankirlər”lə oyunda yaxşı təsir bağışlamaqlarından, bu dəfə daha yaxşı oynamağa borclu olmaqdan dəm vururdu. Amma hər şey əksinə oldu.
“Bakı” bəlkə də yeni mövsümdəki ən pis oyununu məhz “Kəpəz”ə qarşı sərgilədi. Mehman Allahverdiyevin komandası isə seçdiyi düzgün taktika sayəsində elə ilk hissədəcə - cəmi 17 dəqiqəyə 3 qol vurmaqla matçın taleyini həll etdi. Amma görüş ərzində qonaqların daha çox qol vurmaq imkanının olduğunu da vurğulayaq. Hər halda ən azı meydan sahiblərinin yaratdığı qol vəziyyətlərindən çox idi. Sadəcə, nə bakılılar, nə də qonaqlar başqa qolun nəyisə dəyişəcəyinə ümid edirdi. Hətta iş o yerə çatdı ki, “Bakı” bu oyunda da penalti qazandı və yenə ondan yararlana bilmədi.
Yeri gəlmişkən, bu, artıq 4 oyuna qazanılan 4-cü (!) penalti idi. Amma paytaxt klubu onlardan üçünü vura bilməyib. “İnter”lə oyunda təyin olunan ikinci penalti isə matç yarımçıq dayandığı üçün vurmaq mümkün olmamışdı. Hər halda qolsuzluq, qələbəsizlik sindromu davam edən Starkovun komandası ilk yenilgisini də aldı. İndi görə bu məğlubiyyət onları yuxudan ayılda biləcəkmi?
Daha bir gözlənilməz nəticə Şüvəlanda qeydə alındı. Son çempion da yeni mövsümdə ilk məğlubiyyətini aldı. Özü də son turda azlıqda qalan “Qəbələ”yə qarşı qorxaq oyun nümayiş etdirməkdə ittiham olunan AZAL-a. Elxan Abdullayevin komandası heç kimin gözləmədiyi halda bu qarşılaşmada hücum futbolu sərgilədi. Görünür “Neftçi” də rəqibinin belə açıq futbol sərgiləyəcəyini gözləmədiyindən çətin duruma düşdü. İlk yarıda məğlub duruma düşən “ağ-qaralar” fasilədən sonra daha bir dəfə cəzalandı. Slavço Georgiyevskinin hesab arasındakı fərqi azaltması çempionu ümidləndirsə də, dubla imza atan Elşən Məmmədov nəhayət, AZAL-ın onu hədər yerə transfer etdiyini isbatlaya bildi.
Qeyd edək ki, bu, “Neftçi”nin yeni mövsümdəki ilk ciddi sınağı idi. İlk turdakı “Qarabağ”la oyunu təxirə salınan “ağ-qaralar” “Rəvan” və “Sumqayıt Şəhər”ə qalib gəlsə də, bu dəfə Böyükağa Hacıyevin komandasının əsl gücü meydana çıxdı. Hər halda yeni baş məşqçinin oyun sonrası açıqlamasının da əvvəlkilərdən kəskin şəkildə fərqlənməsi “Neftçi”dəki acı reallıqdan xəbər verir.
Nəhayət, ilk oyun gününün son matçında lider “Xəzər Lənkəran” səfərdə “Rəvan”ın qonağı idi. Mirça Rednikin komandası əsas rəqiblərinin xal itirdiyi gündə zirvədəki mövqeyini daha da möhkəmləndirmək şansına malik idi. Amma Lənkəran klubu da ümidləri doğrultmadı. İnsaf naminə bu mənada “Rəvan”ın bu oyunda əvvəlki görüşlərinə nisbətən daha yaxşı təsir bağışladığını da qeyd edək. Bəhmən Həsənovun komandası bu matçda qələbə də qazana bilərdi. Cənublular isə uduzmamaq üçün əllərindən gələni etdilər və bəlkə də layiqli şəkildə rəqib meydanında 1 xal qazana bildilər. Beləcə, görüş elə ən ədalətli nəticə - heç-heçə ilə başa çatdı. “Rəvan” tarixində ilk dəfə qarşılaşdığı “Xəzər Lənkəran”a həm də yeni mövsümdə ilk zərbə vuran komanda kimi yadda qaldı. Amma hər halda cənub təmsilçisi əsas izləyicilərindən azacıq da olsa, aralana bildi.
Bütövlükdə, bu turun ilk oyun günü gözlənilməz və sensasion nəticələrlə yadda qaldı. Ən azı ona görə ki, 4 oyunun nəticəsinin hər biri öncədən qətiyyən proqnozlaşdırılmırdı.
Qeyd edək ki, bu turun “İnter” – “Sumqayıt Şəhər” oyunu Sumqayıt təmsilçisinin bir neçə futbolçusunun müxtəlif yığmalara dəvət alması səbəbindən təxirə salınıb. Turun qalan 1 oyunu isə bu gün baş tutacaq: “Turan” – “Simurq”.
Premyer Liqa
4-cü tur
Qarabağ - Qəbələ - 0:1 (0:1)
Qol: Viktor Mendi, 37.
Matçın 90+1-ci dəqiqəsondə “Qarabağ”ın yarımmüdafiəçisi Georgi Adamiya penaltidən yararlana bilməyib – qapıçı.
Vərəqələr: Georgi Adamiya, 15 (əllə oyun), Rəşad Sadıqov, 37 (hakimin qərarına etiraz), Rəşad Sadiqov, 76 (idmançıya yaraşmayan hərəkət), 90+1 (idmançıya yaraşmayan hərəkət), Maksim Medvedev, 82 (kobud oyun) - Deon Barton, 23 (hakimin qərarına etiraz), Abdulkader Kamara, 43 (idmançıya yaraşmayan hərəkət), Daniel Lopes Kruz, 72 (kobud oyun), Vurğun Hüseynov, 90+1 (hakimin qərarına etiraz) – sarı, Rəşad Sadiqov, 90+1 (idmançıya yaraşmayan hərəkət) – qırmızı.
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Elşən Acalov, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
27 avqust 2011. Quzanlı Olimpiya İdman Kompleksinin stadionu. 2000 tamaşaçı.
Qarabağ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev (5. Maksim Medvedev, 80), 7. Namiq Yusifov, 6. Rəşad Sadiqov (k), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 9. Bəxtiyar Soltanov, 15. Elgiz Kərəmli, 16. Kamil Hüseynov, 23. Tural İsgəndərov.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 12. Pavel Doroşev, 2. Veselko Trivunoviç (15. Nodar Məmmədov, 70), 3. Vurğun Hüseynov, 6. Lyuba Baranin (k), 9. Viktor Mendi, 10. Deon Barton (22. Murad Hüseynov, 90+4), 16. Abdulkader Kamara, 18. Aleksandr Çertoqanov, 26. Daniel Lopes Kruz, 33. Saşa Yunisoğlu, 77. Dodo.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 7. Yaşar Abuzərov, 17. Arif İsayev, 19. Rövşən Əmiraslanov, 20. Stiv Olfers.
Baş məşqçi: Toni Adams.
Bakı - Kəpəz - 0:3 (0:3)
Qollar: S.Allahquliyev, 23 (0:1), Y.Fomenko, 27 (0:2), Y.Fomenko, 40 (0:3).
Matçın 89-cu dəqiqəsində “Bakı”nın hücumçusu Nurlan Novruzov penaltidən yararlana bilməyib – qapıçı.
Vərəqələr: Novruz Məmmədov, 57 (idmançıya yaraşmayan hərəkət), Vadim Borets, 60 (idmançıya yaraşmayan hərəkət), İbrahim Karqbo, 61 (oyun qaydalarına riayət etməmək), 81 (kobud oyun) - Nikolay Svejintsev, 55 (idmançıya yaraşmayan hərəkət), Dmitri Parxaçov, 65 (idmançıya yaraşmayan hərəkət), Azər Məmmədov, 89 (kobud oyun) – sarı, İbrahim Karqbo, 81 (kobud oyun) – qırmızı.
Hakimlər: Elçin Məmmədov, Ramiz Əsədov, İsgəndər Əliyev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Qurban Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
27 avqust 2011. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 300 tamaşaçı.
Bakı: 1. Marko Şarliya (k), 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski (4. Vadim Borets, 46), 8. Junior Xavier Vilson, 9. Maris Verpakovski (77. Aleksandar Soliç, 58), 14. Elvin Əliyev, 21. Novruz Məmmədov, 32. Aleksey Savinov, 36. Uinston Parks, 99. Rəhman Hacıyev (19. Nurlan Novruzov, 46).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 15. Cəmşid Məhərrəmov, 25. Şəhriyar Əliyev, 29. Əziz Quliyev.
Baş məşqçi: Aleksandr Starkov.
Kəpəz: 22. Konstantin Kolesnikov, 4. Azər Məmmədov (k), 8. Armand Feutçine, 10. Ceyhun Sultanov, 11. Sabir Allahquliyev, 14. Dmitri Parxaçov (6. Vasif Əliyev, 79), 15. Şahin Kərimov, 17. Renat Sultanov (3. Vasif Haqverdiyev, 68), 18. Nikolay Svejintsev, 23. Junivan Suares (25. Anton Qay, 76), 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 1. Xəyal Zeynalov, 7. Asəf Qədiri, 9. Xəyal Qarayev, 33. Təbriz Hüseynli.
Baş məşqçi: Mehman Allahverdiyev.
AZAL - Neftçi - 3:1 (1:0)
Qollar: Elşən Məmmədov, 42 (1:0), Ervin Bulku, 56 (2:0), Slavço Georgiyevski, 57 (2:1), Elşən Məmmədov, 72 (3:1).
Vərəqələr: Mindauqas Daunoraviçyus, 7 (kobud oyun), Zohair Benouahi, 36 (idmançıya yaraşmayan hərəkət), Cahangir Həsənzadə, 75 (idmançıya yaraşmayan hərəkət) - Ruslan Əmircanov, 19 (sonuncu ümid folu), Ruslan Abışov, 59 (idmançıya yaraşmayan hərəkət); Flavinyo, 84 (idmançıya yaraşmayan hərəkət) – sarı.
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Rza Məmmədov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
27 avqust 2011. Bakı. "AZAL" stadionu. 1400 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k) (6. Mindauqas Daunoraviçyus, 6), 16. Bronislav Arsenyeviç, 11. Zohair Benouahi (20. Mansur Limani, 79), 7. Tərlan Xəlilov, 88. Ervin Bulku, 17. Viktor İbekoyi, 8. Elşən Məmmədov, 23. Tales Şutz (15. Georgi Boqyu, 63).
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 10. Nuqzar Kvirtiya, 25. Ruis Kristian, 19. Hüseyn Axundov.
Baş məşqçi: Elxan Abdullayev.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 4. Tərlan Quliyev (16. Alessandro Viana da Silva, 69), 6. Slavço Georgiyevski, 9. Flavinyo, 14. Bahodir Nəsimov, 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov (25. Cavid İmamverdiyev, 69), 27. Rəşad Abdullayev (11. Cavid Hüseynov, 77).
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 5. İqor Mitreski, 8. Elmar Baxşıyev, 20. Elvin Musazadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
Rəvan - Xəzər Lənkəran – 1:1 (1:0)
Qollar: Reys Klaudiney, 35 (1:0), Katalin Doman, 54 (1:1).
Vərəqələr: Taqim Novruzov, 40 (oyun qaydalarına riayət etməmək), Con Pelu, 47 (əllə oyun), Reys Klaudiney, 56 (idmançıya yaraşmayan hərəkət) - Andrey Mureşan, 34 (kobud oyun), Antono Semedo, 54 (kobud oyun), Rikardo Qomeş, 56 (idmançıya yaraşmayan hərəkət) – sarı.
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Munis Abdullayev, Hacıəli Əliyev.
AFFA nümayəndəsi: Ramiz Əliyev.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
27 avqust 2011. Bakı. "Dalğa Arena" stadionu. 1200 tamaşaçı.
Rəvan: 1. Artur Kotenko, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 6. Taqim Novruzov, 7. Reys Klaudiney, 8. Tural Axundov, 9. Con Pelu (22. Amid Hüseynov, 90+4), 10. Anxel Qutyerres (90. Sergey Çernışev, 80), 11. Şerif Suma, 17. Ramazan Abbasov, 18. Samuel Barlay (20. Kristian Torres, 83).
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 13. Fərid Həşimzadə, 5. Natiq Kərimi, 14. Elxan Cəbrayılov.
Baş məşqçi: Bəhmən Həsənov.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 3. Elvin Beqiri, 7. Katalin Doman, (32. Mario Rosas, 78), 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev (22. Antonio Semedo, 36), 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 33. Deyan Rusiç (15. Emeka Opara, 60), 81. Rikardo Qomes.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 18. Alim Qurbanov, 20. Eldar İsmayılov, 23. Şəhriyar Xəlilov.
Baş məşqçi: Mirça Rednik.
|
1
|
XL
|
4
|
3
|
1
|
0
|
9-3
|
10
|
|
2
|
Qəbələ
|
4
|
2
|
2
|
0
|
4-2
|
8
|
|
3
|
AZAL
|
4
|
2
|
1
|
1
|
7-5
|
7
|
|
4
|
Neftçi
|
3
|
2
|
0
|
1
|
6-3
|
6
|
|
5
|
Qarabağ
|
3
|
2
|
0
|
1
|
3-2
|
6
|
|
6
|
Kəpəz
|
4
|
2
|
0
|
2
|
8-7
|
6
|
|
7
|
Bakı
|
4
|
1
|
2
|
1
|
3-3
|
5
|
|
8
|
Turan
|
3
|
1
|
0
|
2
|
4-5
|
3
|
|
9
|
İnter
|
3
|
1
|
0
|
2
|
1-4
|
3
|
|
10
|
Simurq
|
3
|
0
|
2
|
1
|
1-4
|
2
|
|
11
|
Rəvan
|
4
|
0
|
2
|
2
|
4-6
|
2
|
|
12
|
SŞ
|
3
|
0
|
0
|
3
|
2-8
|
0
|
Bombardirlər:
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi).
2 - Rauf Əliyev (Qarabağ), Sergey Artyux (Turan), Zohair Benouahi, Elşən Məmmədov (hər ikisi AZAL), Branimir Subaşiç (Xəzər Lənkəran), Yuri Fomenko (Kəpəz).
