27 avqust 2011 00:17
Jorj Leekens: O, Azərbaycanla oyunda bizim üçün çox vacibdi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində yığmamızın rəqiblərindən olan Belçika seçməsinin baş məşqçisi Jorj Leekens heç də yaxşı münasibətlərə malik olmadığı hücumçu Eden Hazardı əsas komandaya dəvət etməsini şərh edib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis intizamsızlığına görə cəzalandırdığı Fransanın “Lille” klubunun forvardını Bakıya gətirməyə qərar verməsi ilə bağlı bunları dilə gətirib:
“Biz Edenlə söhbət etdik və onu məsuliyyətli olmağa səsləmək şərtilə bağışladıq. Bu üzdən də o, dəvətlilər arasına düşdü. Hazardın məlum keyfiyyətləri var. Bu üzdən də o, Azərbaycanla oyunda bizim üçün vacibdi. Odu ki, belə futbolçudan heç nədən imtina edə bilmərik”.
Qeyd edək ki, Leekens Hazardı Türkiyə ilə seçmə mərhələ oyunu zamanı meydandan çıxarılmasına etiraz əlaməti olaraq qamburger yeməsi üstündə 3 oyunluq cəzalandırmışdı. Lakin o, millimizlə oyun ərəfəsində bu qərarını ləğv edib.
