27 avqust 2011 12:39
Millimizin Xorvatiya və Belçika ilə oyunlarının vaxtı açıqlandı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Azerisport.az komandamızın oyunlarının təqvimi ilə sizi də tanış edir.
Qeyd edək ki, Azərbaycan növbəti seçmə mərhələdə Xorvatiya, Belçika və Ukrayna ilə eyni qrupda mübarizə aparacaq. Millimizin bu rəqiblərlə oyunlarının təqvimi isə aşağıdakı kimidi:
Xorvatiya – Azərbaycan
25 oktyabr, saat 18:30
Valbruna, Rovinj stadionu
Belçika – Azərbaycan
27 oktyabr, saat 18:30
Umag şəhər stadionu
Azərbaycan – Ukrayna
30 oktyabr, saat 18:30
Poreç, Veli Joze stadionu
