27 avqust 2011 12:52
AZAL daha 3 oyunçu ilə gücləndi
Yay transfer dövrünün başa çatmasına bir neçə gün qalmış AZAL klubu daha 3 futbolçunun keçidini həll edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi hücumçular Tales Şutz və Georgi Boqyu, həmçinin müdafiəçi Mindauqas Daunoraviçyusu sıralarına qatıb.
“Təyyarəçilər” artıq hər üç futbolçunun adını Peşəkar Futbol Liqasına təqim etdiyi iştirak ərizəsinə əlavə edib.
