28 avqust 2011 13:58

Mehman Allahverdiyev: Hədəfimiz ilk altılığa düşməkdi

“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev Premyer Liqanın 4-cü turunun “Bakı” ilə oyunundan (3:0) sonra azerisport.az saytının suallarını cavablayıb.
 
- “Bakı” – “Kəpəz” matçında belə darmadağını heç kim gözləmirdi...
- Mən komandama inanırdım. Öncəki turda biz “Qarabağ”a qarşı çox layiqli mübarizə aparmışdıq. Elə “Turan”la da oyunda. Bu üzdən də Bakıdakı qarşılaşmadan müsbət nəticə gözləyirdim. Minimum vəzifəmiz bir xalla qayıtmaq idi. Ələ düşən şanslardan yararlana bildik. Ardıcıl gələn qollardan sonra “Bakı”nın özünə gəlməsi çətin idi. Təbii ki, belə bir komandanı səfərdə məğlub etmək olduqca yaxşı nəticədi. Yetirmələrimin çıxışından razıyam. Qorxuram ki, indi bu qələbəni tezliklə unuda bilmərik. Amma bizə artıq növbəti oyunları düşünmək lazımdı.
 
- Rəqibi belə darmadağın etməyinizə nə səbəb oldu?
- Futbolçularımız bütün mövqelərdə rəqiblərindən güclü idilər. Məlum olduğu kimi, bu oyuna itkilərlə çıxmışdıq. Buna görə yarımmüdafiəçini müdafiədə oynadırdım. Buna baxmayaraq, ilk 15 dəqiqə istisna olmaqla “Kəpəz” “Bakı”dan daha yaxşı idi. Düzdü, rəqibin də qol şansları var idi. Amma onlar həmin şanslardan istifadə edə bilmədilər. Bizim futbolçular isə öz səviyyələrini göstərdilər. Biz daha çox qol vura bilərdik. Matç 4:0 və ya 5:0 da bitə bilərdi. Amma elə 3:0 hesabının da gözlənilməz olduğunu deməliyəm.

- Demək olar ki, hesabın belə alınmasına daha çox “Bakı”nın zəif təsir bağışlaması səbəb oldu?
- “Kəpəz” daha yaxşı idi. Biz “Bakı” ilə oyuna yaxşı hazırlaşmışdıq. Geridə qalan turlarda onlar 1 qol da buraxmamışdılar. Amma bizimlə oyunda onların müdafiə xətti qətiyyən formada deyildi. Biz də rəqibin qol vəziyyətlərindən yararlanmaqla bağlı problemlərinin olduğunu bilirdik. Onlar hələ qol vura bilmirlər. Oyundan öncə uşaqların qarşısına qoyulan məqsəd belə idi ki, əks-hücumlardan maksimum yararlanıb, qol vurmalıyıq. Nəticədə 3 belə qol vura bildik. Bu üzdən də qələbəmizin layiqli olduğunu düşünürəm.

- Oyundan sonra “Bakı”nın baş məşqçisi Aleksandr Starkov sizə nəsə demədi?
- Aramızda elə ciddi bir söhbət olmadı. O, sadəcə təbrik etdi və qarşıdakı oyunlarda uğurlar arzuladı. Məni daha çox yeni transferlərimiz düşündürür. Artıq transfer pəncərəsinin bağlanmasına qısa vaxt qalıb, biz isə daha 2-3 futbolçu ilə müqavilə imzalamalıyıq. İtkilər olanda oynamaq çox çətin olur. Özü də bu, müdafiədə olanda, işimiz daha da ağırlaşır.
 
- Necə düşünürsüz, son dövrlər niyə legioner məşqçilərdə heç nə alınmır?
- Bu sual mənə verilməməlidi. Əgər klub prezidentləri onlara güvənirsə, qoy işləsinlər. Amma mən çox istərdim ki, klublarımızda yerli məşqçilər çalışsınlar. Yerli kadrlara daha çox güvənmək lazımdı.

- “Kəpəz”in bu mövsüm üçün əsas hədəfi nədi?
- Bizim hədəfimiz ilk altılığa düşməkdi. Çox şadam ki, ilk böyükhesablı qələbəmizi səfərdə qazandıq. Biz bir daha göstərdik ki, bu məqsədə nail olmaq olar. İki müdafiəçi ilə müqavilə imzaladıqdan sonra işlərimiz daha da qaydasına düşəcək. Bizə indi “Bakı” üzərindəki qələbəni unutmaq lazımdı. Çünki bizi qarşıda daha çətin oyunlar gözləyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.