28 avqust 2011 14:14
Sergey Yuran: Deyirlər ki, bu, Azərbaycanın ən pis qazona malik stadionudu
“Simurq”un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 4-cü turunun “Turan”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Bütün həftəni adi qaydada hazırlaşmışıq. Çoxdan gözlədiyimiz transferlərimiz də gəlib. Düşərgəmizdə olan futbolçulardan maksimum yararlanmağa çalışırıq. Yenilərdən bəzilərini hələ sifariş edə bilməmişik. Yalnız Robertas Poşkusu sifariş ərizəsinə daxil etmişik. Amma o da hələ oyuna tam hazır deyil. Bu üzdən də onu meydana nə vaxt buraxacağımı bilmirəm. Oyuna kimi onunla danışmalıyam. Bütün komandanı qarşıda oyuna yaxşı kökləmək lazımdı. Ancaq qələbəyə oynayacağıq. Baxaq görək Tovuz stadionunun vəziyyəti necədi. Deyirlər ki, Azərbaycanın ən pis qazona malik stadionudu. Lakin qazonun durumu bizim bu oyun üçün hədəflərimizə təsir edə bilməz”.
