28 avqust 2011 02:29
TFF Fenerbahçenin taleyinə aydınlıq gətirdi
Türkiyə Futbol Federasiyasının rəhbərliyi “Fenerbahçe”nin Superliqadan imtinası və Bank Asya birinci liqada çıxış etmək istəyini müzakirə edib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra TFF başbilənləri “sarı-lacıvərdlilər”in istəyini rədd edib və klubun Superliqada oynayacağını açıqlayıb.
Türkiyə Futbol Federasiyasının yaydığı yazılı açıqlamada qeyd olunur ki, “Fenerbahçe” bununla bağlı vaxtında rəsmi müraciət etməyib və bu üzdən də Superliqa ilə Bank Asya birinci liqada dəyişiklik olmayacaq. Klubun rəsmi saytında bəyanatla çıxış edən “Fenerbahçe” başbilənlərinin TFF-yə rəsmi olaraq yazılı müraciət etməməsi onların istəyinin gerçəkləşməsinə mane olub:
“Federasiyaya hər hansı yazılı müraciət edilməyib. Klub rəsmiləri bu məsələ ilə bağlı yazılı müraciət etməyəcəklərini də bildiriblər. Buna görə Türkiyə Futbol Federasiyası avqustun 15-də qəbul etdiyi qərarı dəyişdirəcək bir səbəb görmür. Futbol oyunalrı hər iki liqada sentyabrın 10-da öncədən müəyyənləşmiş cədvələ uyğun başlayacaq”.
