30 avqust 2011 01:52

İspaniya çempionatı: Barcelona da darmadağınla başladı (YENİLƏNİB)

İspaniya çempionatında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, 2011/12 mövsümünün ilk turunun birinci oyun günündə 3 qarşılaşma keçirilib.
 
Qeyd edək ki, əslində İspaniyada yeni mövsüm ötən həftə başlamalıydı. Lakin maaşlarını ala bilməyən futbolçuların yekdilliklə bütün oyunlarla bağlı tətil qərarı ilk turun təxirə salınması ilə nəticələndi. Bu üzdən də yeni mövsümə ikinci turun oyunları ilə start verildi.
 
Mövsüm “Sporting” – “Real Sociedad” görüşü ilə başlayıb. Qarşılaşma qonaq komandanın qələbəsi ilə bitib. “Valencia” - “Racing” görüşündə də qonaqlar qələbəyə çox yaxın olublar. Matçda hesabı meydan sahiblərinin hücumçusu Soldado açıb. Amma ilk dəqiqədəcə azarkeşlərini sevindirən bu futbolçu 5 dəqiqə sonra da avtoqola imza atmaqla bir andaca antiqəhrəmana çevrilib. Bundan sonra qonaqlar daha iki qol vurmağa nail olublar. Qonaqların üçüncü qolundan dərhal sonra “Valencia” fərqi azaldıb. Son dəqiqələrdə isə yenə Soldado səhnəyə çıxıb. Məhz bu hücumçunun vurduğu növbəti iki qol komandasına möhtəşəm əzmkar qələbə qazandırıb.
 
Çempionatın debütantı “Granada” isə doğma meydanda “Real Betis”ə son dəqiqələrdə buraxılan qolla məğlub olub.
 
Turun əksər qarşılaşmaları ikinci oyun günü keçirilib. Madrid "Real"ı səfərdə "Zaragoza" üzərində 6 cavabsız qolla qələbə qazanıb. "Sevilla" doğma meydanda "Malaga"nı yenib. "Mallorca" "Espanyol"u çətinliklə məğlub edərkən, Türkiyə millisinin aparıcı üzvü Ardanın çıxış etdiyi "Atletico" mövsümə heç-heçə ilə start verib. Yeri gəlmişkən, türkiyəli ulduz bu görüşün son 30 dəqiqəsində meydanda olub.
 
Hesabat turuna "Barcelona" - "Villareal" görüşü ilə yekun vurulub. Kataloniya təmsilçisi elə yeni mövsümdəki ilk oyunundaca əsl çempionluq oyunu sərgiləyərək, əsas rəqiblərindən biri üzərində darmadağına imza atıb.
 
İspaniya La Liqası
2-ci tur
27 avqust
 
Sporting - Real Sociedad – 1:2
Qollar: Migel, 68-pen – Aqirretxe, 35; 65.
 
Valencia – Racing – 4:3
Qollar: Soldado, 1; 88; 90, Rami, 57 – Soldado, 6-öz qapısına, Akosta, 14, Qonsales, 56.
 
Granada - Real Betis – 0:1
Qol: Martin, 88.
 
28 avqust
 
Atletico - Osasuna - 0:0
 
Athletic - Rayo Vallecano - 1:1
Qollar: İturraspe, 56 - Movilla, 62.
 
Getafe - Levante - 1:1
Qollar: Miku, 62 - Xuanlu, 77.
 
Mallorca - Espanyol - 1:0
Qollar: Quzman, 62.
 
Zaragoza – Real - 0:6
Qollar: Ronaldo, 24; 71; 87, Marselo, 28, Alonso, 64, Kaka, 82.
 
Sevilla - Malaga - 2:1
Qollar: Neqredo, 2; 26 - Kazorla, 81.
 
29 avqust
 
Barcelona - Villarreal - 5:0
Qollar: Alkantara, 25, Fabreqas, 45, Sançes, 47, Messi, 52; 75.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.